“Azərbaycan-Türkiyə tarixi zəfərdən sonra yeni əməkdaşlıq imkanları”-FOTOLAR

“Azərbaycan-Türkiyə tarixi zəfərdən sonra yeni əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilib.

Kanal32.az xəbər verir ki,Mingəçevir Gənclər evinin konfrans zalında “Azərbaycan-Türkiyə tarixi zəfərdən sonra yeni əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Ulu öndərin və vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilib. “İşıqlı Gələcək”İctimai Birliyinin sədri Samrin Xanlayev giriş nitqi ilə konfransı açıq elan edib. Qeyd edək ki, konfrans zamanı iki qardaş ölkə arasında həm elm və təhsil, həm gənclər sahəsində fəaliyyətlər və həm də könüllülük təcrübəsi üzrə mübadilə nöqteyi-nəzərindən əməkdaşlıq imkanları məsələlərinə yanaşmalar müzakirə olunub.

Konfransda qardaş ölkədən Mingəçevir Dövlət Universitetində tədris prosesinə cəlb olunmuş professor-müəllim heyətinin nümayəndələri, Evren Güçer, Cemal Yılmaz, həmçinin “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin Avropa Həmrəylik Korpusunda Akkreditasiya çərçivəsində cəlb olunmuş könüllü Ezgi Özüyar , Humay Baxışova , Leyla Babayeva, Hikmət Qafarov çıxış ediblər. Tədbirin sonunda çıxış edənlər təltif olunub.

Qeyd edək ki, konfrans Mingəçevir Dövlət Universiteti, Mingəçevir Gənclər Evi və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

   

Esmira Hidayətova,

Mingəçevir.