Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the publisher domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Daha çox məlumat üçün lütfən WordPress xəta sazlanması ünvanına baxın. (Bu mesaj 6.7.0 versiyasında əlavə edildi.) in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260
Azərbaycanda iqtisadi-siyasi elmi jurnal işıq üzü görüb-FOTO – Kanal32
Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260

Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260

Azərbaycanda iqtisadi-siyasi elmi jurnal işıq üzü görüb-FOTO

Azərbaycanda “Bank and policy” jurnalı iqtisadi-siyasi elmi jurnalı işıq üzü görüb.

Jurnaldan KANAL32.AZ-a verilən məlumatda bildirilir ki, iqtisadiyyat və siyasət bir-birlərindən ayrılmaz elm sahələridir. Hər bir dövlət məhz bu iki təməlin əsasında ayaq üstə dayanır. Dövlətlərin gücü və qüdrəti də məhz siyasət və iqtisadiyyatın gücü ilə ölçülür. Bu səbəbdən iqtisadiyyatın və siyasətin birləşdiyi elmi jurnalın da Müstəqil Azərbaycanımızın inkişaf yolunda xidmətləri danılmaz olacaqdır. Belə bir elmi jurnala həm siyasi sahədə həm də iqtisadi sahədə ciddi ehtiyac varr. Cəmiyyətdə baş verən yeniliklərin, aparılan islahatların, inkişaf və möhkəmlənmənin siyasi elmi analizi olduqca vacibdir.

2021-ci ildən fəaliyyətə başlayan “Bank and policy” jurnalının beynəlxalq lisenziyası mövcuddur və elmi jurnallar üçün tələb edilən bütün beynəlxalq standartlara cavab verir.

Jurnalı nəşr edən təşkilat isə İMCRA (International Meetings and Conferences Research Association) şirkətidir. Bir sıra uğurlu naaliyyətlrə imza atan şirkətin “Bank and policy” jurnalını təsis etməkdən məqsədi, Azərbaycanda siyasi və iqtisadi arenada gedən islahatlara və yeniliklərə ciddi elmi dəstək verməkdir. Jurnal yeni olmasına baxmayaraq Index Copernicus, Philosopher`s Index, DRJİ, ISSN ROAD, Citefactor, ResearchGate, EuroPub və s.  kimi nüfuzlu beynəlxalq indekslərdən keçmişdir.

Jurnal, öz qarşısına yaxın gələcəkdə Scopus və Web of Science kimi ciddi elmmetrik platformalarda Azərbaycanı layiqincə təmsil etməyi məqsəd qoyur. Jurnala tarix, beynəlxalq münasibətləri, bank sektoru və iqtisadi sahələrlə yanaşı, eləcə də sosial siyasət, təhsil siyasəti və təhsilin iqtisadiyyatı, sosial-statistik məsələlər, siyasi analitika və sair gündəm mövzularla bağlı alim və tədqiqatçı mütəxəssislər məqalə verə bilər.

Maraqlananlar bu elektron ünvana öz məqalələrini göndərə bilərlər
editor@imcra-az.org
https://imcra-az.org/bank-and-policy/

Kanal32.az