…1989-cu il dekabrın axırları…Naxçıvanda SSRİ-İran sərhədləri dağıdıldı. O dövrün ictimi-siyasi mühiti üçün şimşək effekti verən bu olay bütün Sovetlər məkanının diqqətini Azərbaycana yönəltdi.Çünki bu sıradan bir hadisə, sıradan bir məsələ deyildi. Bu artıq hərəkata çevrilməkdə idi. Bir neçə dəfə “Sərhəd hərəkatı” adlı siyasi aksiyaların keçirilməsi isə demokratik qüvvələrin təşkilatlanmasını sürətləndirdi. Qısacası,Quzey Azərbaycanla Güney Azərbaycan arasındakı sərhəd dirəklərinin sökülməsi siyasi çalxanmanının genişlənməsi üçün minbit şərait yaratdı. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin,soydaşların ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
Beləliklə,1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi və 1990-cı ildə həmin tarixi günün ildönümü Naxçıvanda geniş şəkildə qeyd olundu.Bu tarixi günün ümumxalq bayramına çevirlməsi əsas etibarı ilə qanlı sövet rejiminin siyasi sütünlarını laxlatmağa başladı. Prosesdə durğunluğun yaranmaması üçün sistemli və ağllı şəkildə manevrlər etmək, eyni zamanda həmrəyliyinin qorunmasına nail olmaq qarşıda duran ən ciddi vəzifələrdən biri idi. Həmçinin sovet rejimi tərəfindən xalqımıza qarşı başlanmış çirkin informasiyalara adekvat cavablar verilməli və əks-təbliğat işlərinin sürətləndirilməsi məqsədi ilə məlumatlılıq sovet sərhədlərini aşmalı idi. Bu baxımdan 1990-cı ilin noyabr ayının 3-də qardaş Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayının mühüm tarixi əhəmiyyətini vurğulamaq yerində düşər. Bu Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsinin vacibliyi önə çəkildi. 16 dekabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni rəsmən Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qəbul etdiyi 6 bənddən ibarət qərar xalqımızın 20-ci əsrdə qazandığı mühüm siyasi uğur kimi tariximizin şərəf səhifəsinə yazılıdı.
Sonrakı mərhələdə isə baş verən ictimi-siyasi proseslər fonunda həm dövlət, həm də xalq olaraq qarşımızda duran ən önəmli tarixi missiya bütün azarəbaycanlılarının həmrəyliyinə tam şəkildə nail olmaq və bu birliyinin sarsıldılmasına imkan verməmək oldu. Bunu bacaran lider isə təbii ki, böyük dövlət xadimi,fenomanela şəxsiyyət, Ulu öndər Heydər Əliyev idi. O, bunu bacardı. Gəlin faktlara diqqət edək:
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında konseptual xarakterli geniş və tarixi çıxış etdi.Və bu sahədəki fəaliyyətlərin gələcək üçün yol xəritəsini cızdı. Möhtərəm Prezident İlham Əliyev isə Ümummilli lider Heydər Əliyevin tarixi missiyasını sonrakı mərhələdə uğurla davam etdirdi. Bunun bariz nümunəsi kimi dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirildi. Bu addım diaspor quruculuğu işinə əsaslı töhfə vermiş oldu. Sözügedən qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyətə malik olmaqla yanaşı, bir daha dünya azərbaycanlılarının dövlətimizin və Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini təsdiqlədi.
Ən real və tarixi nümunə isə 2020-ci il 27 sentyabrında bütün dünyaya nümayiş olundu. Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa olundu. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı da dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirməsi, Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsi xalqımız və millətimiz arasında sarsılmaz bağların mövcudluğunun göstəricisi kimi çağdaş tariximizə əbədi olaraq yazıldı.
Aygün Qasımova,
Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru,
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı