Avropa İttifaqı Dağlıq Şirvan regionunun ənənəvi yeməkləri və kənd təsərrüfatı məhsullarının Şamaxıda Qida Festivalında təqdimatına yardım edir
27 Noyabr 2021-ci il tarixdə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Social İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Şamaxıda Qida Festivalı təşkil ediləcək.
Layihə ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrdən biridir və regionlarda yerli qida məhsullarının potensialının, eləcə də yerli kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılmasını nəzərdə tutur.
Şamaxıda, “Abqora” Restoranında təşkil olunan Qida Festivalının məqsədi yerli və xarici qonaqlar arasında yerli ənənəvi qidaların təşviqi və qonaqlar arasında regionun qida ənənələrinə diqqəti artırmaqdır. Festivalda Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının ənənəvi yeməkləri və yerli kənd təsərrüfatı məhsulları təqdim ediləcək. Festivalda, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Avropa İttifaqı üzv ölkələrinin səfirlikləri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatlar və regiondan maraqlı tərəflər olmaqla, 100-dən çox qonağın iştirakı gözlənilir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ““Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi” layihəsinin məqsədi yerli fermerlərin hərtərəfli və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışını yaxşılaşdırmaqla yerli məhsulların satışında və aqro-turizmin inkişafına kömək etməkdir.
Layihə çərçivəsində ilk Qida Festivalı 4 Sentyabr 2021-ci il tarixindən 150-dən çox qonağın iştirakı ilə Şəki şəhərində təşkil edilmişdir.