Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb-FOTO

Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız “Paolo d’Aloja” xatirə turnirində uğurlu çıxış edib. Təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.

Nurlan Paşayev – Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.