Azadsöz.az xəbər verir ki, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova mükafata layiq görülüb. Asiya-Fakt İnformasiya Agentliyi və İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi tərəfindən Arzu Bağırova ölkənin ictimai-siyasi və mədəni həyatında göstərdiyi xidmətlərə və gənclərə dəstəyinə görə təltif edilib.
Xatırladaq ki, diplomu Asiya-Fakt İnformasiya Agentliyinin direktoru Şəfayət Avılbəyli Əliyev və İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin sədri Vüsalə Qələndərli təqdim edib.