“Azərbaycanda müharibə bitməyib. Terrorçular var. Hətta rəsmi məlumatlarda da bildirilir ki, hələ nə qədər adam bu terrorun qurbanı olacaq. Deyək ki, minalanmış ərazilərdə ölənlər olacaq, hələ nə qədər terrorçu meydana çıxacaq”.
Bu fikirləri Bakupost.az -a videomüsahibəsində KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.
Partiya sədri qeyd edib ki, azərbaycanlılara qarşı terrora son qoymaq üçün müharibə cinayətləri törətmiş adamlara görə Azərbaycanda ölüm cəzası bərpa olunmalıdır:
“Xocalı soyqirimini törədənlərə ölüm cəzası verilməlidir. Ruben Vardanyan, Arayik Arutyunyan və müharibə cinayətləri törədən digər şəxslərə ölüm hökmü tətbiq olunmalıdır”.
BakuPost