Zəfərdən Doğan Yeni  Reallıqlar Kontekstində Naxçıvanın Yeni  İnkişaf Modeli 

Prezident İlham Əliyevin Uzaqgörən İnki-şaf Strategiyası   Zəfərdən Doğan Yeni  Reallıqlar Kontekstində Naxçıvanın Yeni  İnkişaf Modeli 

Naxçıvan qədim tarixi, unikal təbiəti, zəngin mədəniyyəti və müasir inkişafı ilə seçilən Azərbaycanın əsrarəngiz guşəsidir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan qədim diyardır.  Naxçıvanın çox qədim tarixi vardır. Araz çayının sahilində yerləşən bu diyar minilliklərin izlərini daşıyır. Bu gün beynəlxalq münasibətlər sistemində güc anlayışı dəyişir Dünyanın geosiyasi qarşıdurmalar, iqtisadi böhranlar, enerji savaşları ,təhlükəsizlik riskləri ilə üzləşdiyi bir dövrdə və mürəkkəb tarixi mərhələdə Azərbaycan tamamilə fərqli bir siyasi model ortaya qoyur. Bu model qarşıdurma deyil, əməkdaşlıq; xaos deyil, sabitlik; dağıntı deyil, quruculuq üzərində qurulub. Məhz Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və çoxvektorlu siyasət nəticəsində Azərbaycan təkcə regionun deyil, bütövlükdə Avrasiya məkanının ən mühüm sabitlik mərkəzlərindən birinə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və   Birinci vitse-prezident Mehriban xanım Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Naxçıvan daha bir tarixi hadisəyə şahidlik etmişdir .  Bu səfər çərçivəsində şəhərsalma, sosial rifah, nəqliyyat, sənaye, energetika, turizm, tarixi-mədəni irsin qorunması və təhlükəsizlik istiqamətlərində görülən işlər təqdim olunmuşdur.   Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İlk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, – özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın – muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”. Prezident İlham Əliyevin «Heydər Əliyev İli»ndə təsdiqlədiyi «Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı» muxtar respublika əhalisinə diqqət və qayğının, Ulu Öndərin irsinə sadiqlik ifadəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi diqqət göstərmişdir. Proqramda nəzərdə tutulan, muxtar respublikanın iqtisadi-sosial inkişafını sürətləndirəcək islahatlar biri-birindən aktual, məsuliyyətli və möhtəşəmdir. Tarixi İpək Yolunun mərkəzində yerləşən Naxçıvanda azad iqtisadi zonanın yaradılması, ticarət və logistika imkanlarının genişlənməsi ilə bağlı vəzifələrin nəzərdə tutulması bilavasitə Zəngəzur dəhlizinin açılmasını şərtləndirir. Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan iqtisadi rayonunun inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir.

Prezident cənab İlham Əliyev 2026-cı il 10 mart tarixində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu təsdiqləyib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalayıb.  Konstitusion islahatlar yeni idarəetmə modelinin hüquqi əsaslarını formalaşdırıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir.Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyinin tarixində xüsusi mərhələ təşkil edir. Məhz həmin mürəkkəb illərdə Naxçıvanda dövlətçilik ənənələrinin qorunması, milli iradənin möhkəmləndirilməsi və Azərbaycanın müstəqillik yolunun müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu siyasi irs sonrakı mərhələdə möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni məzmunla zənginləşdirildiQarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin Naxçıvana da gətirilməsi ərazi idarəçiliyində çevikliyin və səmərəliliyin artırılmasına hesablanıb.

Ümummilli Lider Heydər Əliyevin Naxçıvan-da fəaliyyəti dövründə Ermənistan tərəfindən blokada şəraitində olan regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və tərəqqisi üçün əhəmiyyətli tədbirlər görülmüş, aqrar islahatlar reallaşdırılmış, infrastrukturun inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir. Məhz Ulu Öndərin siyasəti sayəsində bölgənin inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələr qurulmuş, sonrakı dövr üçün ölkəmizin bütün regionları kimi, Naxçıvanın da sosialiqtisadi inkişafında möhkəm bünövrə formalaşdırılmışdır.2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq Orta Dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş və Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir.Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəştlərin muxtar respublikada da tətbiqinə imkanlar yaradır.  Bu imkanlardan istifadə edərək Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə, mütəmadi olaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur.Naxçıvan Muxtar Respublikası strateji coğrafi mövqeyə malikdir və bu regionla Azərbaycanın əsas ərazisini birləşdirən mühüm nəqliyyat qovşağıdır.    Coğrafiyaya nəzər salmaq kifayətdir. Naxçıvan Türkiyə, İran və Ermənistan arasında yerləşir. Bu üçbucaq onu Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından birinə çevirir. Bu baxımdan, regional kommunikasiyaların açılması, eləcə də Türkiyə və İranla sıx əlaqələr Naxçıvanın iqtisadi-ticari mərkəzə çevrilməsini prioritetə çevirir. Naxçıvan Muxtar Respublikasının iqtisadi mənzərəsində yeni bir istiqamət getdikcə daha aydın görünür. Bu, yalnız enerji istehsalının artırılması deyil, təbii imkanların iqtisadi gücə çevrilməsi, bölgənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və gələcək inkişaf modelinin daha dayanıqlı əsaslar üzərində qurulmasıdır.

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək.

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəd Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanıb. Sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub. Ulu Öndər Heydər Əliyevin siyasi irsi üzərində formalaşan və Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yeni məzmun qazanan Naxçıvan strategiyası artıq yeni mərhələyə daxil olur.

 

s.e.f.d., dos. Murtəza Həsənov 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı