14 №-li məktəbdə “Zəfər səsləyir bizi”adlı tədbir keçirilib-FOTOLAR

8 Noyabr Zəfər Bayramı münasibəti ilə “Zəfər səsləyir bizi”adlı tədbir keçirilib.

Bütövləşmənin, birləşmənin,mübarizliyin tarixidir, bu tarix…Bu tarix elə tarixdir ki, dillərdən Vətən mənəm sədası yüksəldi,ürəklərdən ,,hər şey vətən üçün” nidası qopdu……Bu əlamətdar gün münasibəti ilə mingəçevirin ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Şagirdlər bu tədbirlərə çox böyük həvəslə hazırlaşır və hazırladıqları tədbirlərdə böyük coşqu ilə qarşılanır.

Belə məktəblərdən biri də Mingəçevir şəhər 14 №-li  tam orta məktəbdir. Şagirdlərin hazırladıqları “Zəfər səsləyir bizi” adlı tədbir hər bir kəsin qəlbində böyük fərəh hissi yaradıb.

Kanal32.az xəbər verir ki,tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra öz şirin canlarını vətən üçün ,torpar üçün ,xalq üçün qurban verən qürür yerimiz ,and yerimiz olan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilidi. Qeyd edək ki,tədbirdə şəhid anaları, iki Qarabağ müharibəsinin ,antiterror əməliyyatının iştirakçısı,ehtiyatda olan polkovnik leytenant İlkin Mövsümlü,məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Bayaram mərasimində məktəbin direktoru Ceyhun Atayev çıxış edərək bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Tədbir istedadlı şagirdlərin şeir, kiçik səhnəciklər, mahnı kompozisiyaları ilə davam etdirilb. Sonda tədbirə dəvət olunan şəhid ailələrinə və digər qomaqlara məktəb rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub,xatirə şəkili çəkdirilib.

Esmira Hidayətova,

Mingəçevir

14 №-li məktəbdə “Zəfər səsləyir bizi"adlı tədbir keçirilib-FOTOLAR