“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının virtual təqdimatı keçirilib-FOTO

İyulun 20-də REAKSİYA TV-nin canlı yayımında “Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitabının virtual təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan məlumat verilib.

Qeyd edək ki, bu il Bişkek şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə siyasi elmlər doktoru, professor Cümşüd Nuriyevin qırğız dilində Ümummilli Lider Heydər Əliyev haqqında yazdığı “100 yaşlı Heydər Əliyev kimdir?” böyük məqaləsi “Xalqa bağışlanmış ömürdən anlar” toplusunda qırğız dilində nəşr olunub. Qırğız oxucular Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini öz ana dillərində oxumaq marağı ilə fonda çoxsaylı müraciətlər ediblər. Bunu nəzərə alan fond rəhbəri “Xalqa bağışlanmış ömürdən anlar” kitabını tam şəkildə qırğız dilinə tərcümə edib. “Xalqa bağışlanmış ömürdən anlar” kitabı qırğız dilinə ictimai xadim, professor, iqtisad elmləri doktoru, əməkdar iqtisadçı, iki dəfə Qırğızıstan Respublikası Joqorku Keneşinin deputatı Elmira Busurmankulovna Cumalıyeva tərcümə edib. Kitabın qırğız dilindəki variantı Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunub.

Həmçinin, fondun sifarişi ilə professor Cümşüd Nuriyevin rəhbərliyi altında “Zəfər çələngi” kitabı Azərbaycan dilində Bişkekdə nəşr edilib. Kitabda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqilliyimizin dönməz olması üçün gördüyü işlərin ilk dəfə olaraq elmi müstəvidə siyasi təhlili verilib. Qırğız Respublikasında Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər taktikası və uğurlu idarəetmə siyasətinə olan böyük oxucu marağını nəzərə alan fond “Zəfər çələngi” kitabını rus və qırğız dillərində nəşr etdirmək haqqında qərar qəbul edib. Son zamanlar təkcə Türkdilli ölkələrdə deyil bir çox Şərqi Avropa və Asiya ölkələrində Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik siyasəti öyrənilməyə və təşviq edilməyə başlanılıb.

Azərbaycan Prezidentinin ustad idaretmə metoduna olan beynəlxalq maraq dünən Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda bir daha təsdiqini tapdı və hamımız bu qürurverici hadisənin iştirakçısı olduq.

Qeyd edək ki “Zəfər çələngi” Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqilliyimizin dönməz olması üçün gördüyü işlərin ilk dəfə olaraq elmi müstəvidə siyasi təhlili verilən xaricdə nəşr edilən ilk kitabdır.

Xatırladaq ki, Orta Asiya dövətlərində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini uzun illərdir yorulmadan təbliğ edən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədovdur.

Hər iki kitab fondun saytına yüklənib və heç bir məhdudiyyət qoyulmadan oxucuların ixtiyarına verilib. Kitabları bu linklərdə oxumaq olar:

https://turktoday.info/biblioteka.html

https://turktoday.info/biblioteka-kyrgyzstan.html