Yevlax şəhər Heydər Əliyev Mərkəzi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin(DQİDK) Yevlax şöbəsi ilə birgə “Böyük zəfərin başlanğıcı” adlı tədbir keçirib.
Tədbir Dövlət Himni ilə başladı.Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yevlax şəhər Ağsaqqallar şurasının sədr müavini Sərdar Məmmədov , Telejurnalist, siyasi şərhçi, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli, Aprel döyüşləri qazisi Elnur Zəkərəliyev, Rəcəb İbrahimov və Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.
Toplantı iştirakçıları öncə Aprel döyüşlərinə həsr olunmuş filmi izləyiblər.
Sonra çıxış edən natiqlər Azərbaycanın illərlə başına gətirilən soyqırım aktlarından,1994-cü ildən başalanan ordu quruculuğunun hərbi-strateji məqsədlərindən, eyni zamanda 4 günlük Aprel döyüşlərinin siyasi-ideoloji və hərbi-siyasi əhəmiyyətindən ,Azərbaycan ordusunun bugünkü gücündənvə xalqımızın Prezidentin ətrafında birləşməsindən danışıblar. Həmçinin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində cəmiyyət olaraq bütün imkanlarımızın səfərbər edilməsinin vacibliyi də vurğulanıb.
Sonda tədbirə qatılan rəsmi qonaqlar və Aprel döyüşçüləri Yevlax şəhər Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinə həsr olunmuş “Qəhrəman Vətən Oğulları ”adlı sərgiyə baxıblar və xatirə şəkli çəkdirilib.
Kanal32.az