Yeniyetməlik dövrü psixologiyada uşaqların inkişafında böhran dövrlərindən biridir. Heç təsadüfi deyil ki, bu dönəmi bəzən insan ömrünün “barıt” dövrü adlandırırlar. Bu zaman bəzi uşaqların ailələrdən uzaqlaşması halları daha çox müşahidə olunur. Əslində yeniyetməlik ruhsal təmizlənmə dövrüdür. Bu dövrdə mümkün qədər ailə uzvləri övladlarına anlayışla yanaşsalar həmin dönəmin daha rahat keçməsinə şərait yaratmış olarlar.
Kanal32.az QHT.az-a istinadla xəbər verir ki, müəyyən zamanlarda yeniyetmə ilə valideyn arasında anlaşılmazlıq da ola bilir. Təbii ki, belə dövrlərdə mütəxəssis dəstəyindən istifadə etməyə ehtiyac duyulur. Son zamanlarda artıq bir çox valideynlər profilaktik tədbir olaraq yeniyetmə övladlarını psixoloq konsultasiyasında olmasını zəruri hesab edirlər. Uşaqlara sevgi və qayğı göstərmək, həvəsləndirmək və kömək etmək lazımdır. Yüksək ünsiyyət və demokratiklik, sevgi və dəstək, tələb və qadağalar birləşərək çalışqan, möhkəm xarakterli, intizamlı, mehriban, bir sözlə xoşbəxt uşaqların
Tədbir təcrübəli mütəxəssis, “Sabaha ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, psixoloq Nərminə Cəfərovanın iştirakı ilə aşağıdakı ünvanda keçirilir:
Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə, otaq 222. Əlaqə telefonu: 0503223869.