Yeni filim çəkilir-“Sağlam cəmiyyət və ailə naminə Narkotikə YOX de!”

Pis vərdişlərdən qorunmaq və bu kimi mənfi fəsadları özündə ehtiva edən  “Sağlam cəmiyyət və ailə naminə Narkotikə YOX de!” adlı qısametrajlı film çəkilir.

Kanal32.az-ın məlumatına görə,Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Gənclər Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Sağlamlığın təbliğinidə virtual metodlar” layihəsi çərçivəsində ərsəyə gələcək film geniş arenada təbliğ olunacaq.

Layihənin kordinatoru Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirilməsindən ibarətdir. Sosial şəbəkə vasitəsi ilə həyata keçiriləcək maarifləndirmə işində ekspertlər gəncləri bu yoldan çəkindirmək üçün onun törətdiyi bəlalar barəsində ətraflı məlumatlar verəcəklər.  Müxtəlif  KİV-lərdə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən film diskləşdiriləcək, tədbir iştirakçıları ilə yanaşı Bakı və regionda gənclərinə pulsuz paylanacaq. Layihə çərçivəsində filmin təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur.

Tədbir zamanı sağlam həyat tərzi, sağlam qidalanma, gənclərin sağlam psixoloji və fiziki hazırlığı, zərərli vərdişlərdən azad olmağın yolları, narkomaniya, onların yaranma, yayılma şəraitləri, törətdiyi fəsadları, bu istiqamətdə qanunvericilik məsələləri müzakirə olunacaq.

Eyni zamanda, layihə çərçivəsində hazırlanan 7 dəqiqəlik “Sağlam cəmiyyət və ailə naminə Narkotikə YOX de!” adlı film (video-çarx) nümayiş olunaraq iştirakçılarla müzakirə olunacaqdır. Həmçinin virtual aləmdə layihənin daha geniş sosiumlara çatdırılmasına şərait yaradacaq.

Kanal32.az