“Dövlət yalnız milli tezlik resurslarından istifadə olunan yayımı tənzimləyə bilər, bunun xaricində heç bir kütləvi informasiya vasitələrinin tənzimlənməsi dövlətin səlahiyyətləri çərçivəsində deyil.”
Növbəti qonağımız media hüququ üzrə ekspert Ələsgər Məmmədli ilə internet televiziyalarının lisenziyalaşdırılması haqqında söhbət etmişik.
Ələsgər Məmmədli deyir ki, insanların hüquq və azadlıqları baxımında dövlətin iki öhdəliyi var: qarışmama və iş görmə öhdəliyi. İfadə azadlığına isə dövlət müdaxilə etməməlidir, o yalnız hüquqi bazanı müəyyən edə bilər.
Əkinçi.org