“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının QHT -lərə Dövlət Dəstəyi Agemtliyinin maliyyə yardımı ilə “Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır” adlı layihəni həyata keçirib.
Layihə tullantıların idarə olunması, onların sağlamlığa təsiri, tullantıların xammala çevrilməsi məsələlərinə həsr olunub.Layihədə çərçivəsində mütəxəssislərin iştirakı ilə iki televiziya verilişi hazırlanıb və geniş maarifləndirmə işləri aparılıb. EL TV və KanalS televiziyalarında yayımlanan verilişlər KanalS-in və Kanal32-nin yutub səhifələrinə yerləşdirilib.
Məişət tullantılarının idarə olunmasının Azərbaycan modelinin nesə olması məsələsini araşdıraşdırılıb,. Ölkəmizdə məişət tullantılarının vahid idarəçiliyi necə həyata keçiriləcəyini Mingəçevir şəhəri timsalında modelini qurmağa çalışılıb.. Tullantının xammala çevrilməsi,onun ıhımiyyətindən danışılıb. Əhalinin tullantılara,məişət zibillərinə münasibəti onun sağlamlıq göstərdicisidir fikri geniş tamaşaçıkütləsinə aşılanıb. TV verilişlərində kommunal xidmətin bu sahədə problemləri təhlil edilib, biznesmenlərə məsləhətlər verilib
Layihə dövlət qurumları ilə QHT birliyinə yaxşı misal ola bilər.
“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi layihənin icra müddətində hazırladığı təklifləri dövlət qurumlarına və şəhər rəhbərliyinə təqdim edəcək və əhalinin tullantıalara olan münasibətini dəyişdirməyə,onu optimallaşdırmağa çalışacaq. KİV və Televiziyaların imkanlarından istifadə etməklə həyata keçirilən fəaliyyətləri və onun nəticələrinin ictimaiyyətə çatdırmalasını təmin edəcək.
Televiziya verilişlərinin linklərini təqdim edrik:
1-ci veriliş:
KanlaS
2-ci veriliş:
Kanal32
Qeyd edək ki, layihənin yekunlarına dair ictimaiyyət və media nümayəndləri ilə görüş keçirilib və geniş müzakirələr aparılıb. Eyni zamanda hər iki televizya verilişi iştirakçılara təqdim olunub və verilişlər üzərindən də fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.