15 iyun Milli Qurtuluş Günü münasibəti “15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda konfrans keçirilib.
İyunun 13-də Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə birgə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
YAP şəhər təşkilatının iclas zalında keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmiləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Milli dövlətçiliyimizin xilaskarı” adlı film nümayiş etdirilib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Sonra YAP şəhər təşkilatının sədri sədri Bəxtiyar Mustafayev, Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər üzrə nümayəndəliyinin rəhbəri, əməkdar müəllim Mayıl İsmayılov, MDU-nun baş müəllimi Gülnarə Qurbanova, 14 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev geniş məruzələrlə çıxış ediblər.
Konfransın sonun partiya sıralarına yeni qəbul olunmuş gəncələrə üzvlük vəsiqələri təqdim olunub.