“XXI əsrdə Beynəlxalq münasibətlərin əhəmiyyəti” mövzusunda vebinar keçirilib-FOTO

“Global Research” (Beynəlxalq tədqiqat) layihəsi çərçivəsində “XXI əsrdə Beynəlxalq münasibətlərin əhəmiyyəti” mövzusunda vebinar keçirib.

Global Research-ün təşəbbüsü ilə “XXI əsrdə Beynəlxalq Münasibətlərin əhəmiyyəti” mövzusunda vebinarı uğurla təşkil edib. Tədbirdə beynəlxalq münasibətlər sahəsində tanınmış mütəxəssislər iştirak edərək qlobal diplomatiyanın, texnologiyanın və tarixi yanaşmaların bu sahəyə təsiri barədə müzakirələr aparıblar. Bu vebinar Global Research təşəbbüsünün bir hissəsidir. Layihə üç beynəlxalq konfrans, üç vebinar və iştirakçılar üçün fasiləsiz asinxron dəstək xidmətlərini əhatə edir. Layihənin ilk konfransı Sinqapurda (SMU) keçirilib, ikinci konfrans 13 aprel 2025-ci ildə Qahirədə keçiriləcək, final konfransı isə Şuşada baş tutacaq.

Tədbir saat 18:50 (GMT+4) iştirakçıların yoxlanışı, texniki hazırlıq və salamlama ilə başladı. Moderator Nigar Şükürova Global Research təşəbbüsünü təqdim edərək beynəlxalq münasibətlərin müasir dünyada artan əhəmiyyətini vurğuladı. Pakistanlı məruzəçi Şeraz Mehmood (Beynəlxalq Münasibətlər üzrə Ph.D. namizədi): “Beynəlxalq münasibətlərdə texnologiyanın rolunu anlamaq, imkanlar və təhlükələr” mövzusunda təqdimat etdi, texnologiyanın qlobal diplomatiyaya təsirindən danışdı, kiber təhlükəsizlik riskləri və süni intellekt əsaslı strategiyalara toxunub.

Dr. Subhan Talıblı (dosent, tarix üzrə fəlsəfə doktoru): “Beynəlxalq münasibətlərdə həssas yanaşmalar” mövzusunda çıxış edərək qlobal əməkdaşlığın tarixi perspektivləri, diplomatiya və mədəni həssaslığın balansı, keçmiş beynəlxalq münaqişələrdən dərslərdən bəhs edib. AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici siyasətinin əsas aspektlərini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan 177 ölkə ilə diplomatik əlaqələr qurub və 80-dən çox səfirlik və konsulluğa ev sahibliyi edir, eyni zamanda 62 ölkədə öz diplomatik nümayəndəliklərinə malikdir. İnteraktiv sual-cavab və açıq müzakirə sessiyasında iştirakçılar məruzəçilərlə birbaşa əlaqə yaratmaq imkanı əldə etdilər və beynəlxalq münasibətlərin gələcək perspektivlərini araşdırdılar. Vebinarda ADPU-nun Şamaxı filialının, Bakı Qızlar Universitetinin və AZMIU-nun professor-müəllim və tələbə heyəti, müxtəlif ölkələrdən olan akademik auditoriya iştirak edib.

Tədbir beynəlxalq əməkdaşlığın inkişafında dialoqun əhəmiyyətini vurğulayan yekun çıxışlarla başa çatdı. Sonda “XXI əsrdə Beynəlxalq münasibətlərin əhəmiyyəti” mövzusunda vebinar iştirakçılarına sertifikatlar təqdim olunub. Global Research təşəbbüsünün növbəti əsas tədbiri 13 Aprel 2025-ci ildə Qahirədə keçiriləcək Beynəlxalq Konfransdır. Burada alimlər və peşəkarlar Süni Intellektdə etik məsələlər, imkanlar, risklər, təklükələr və həllər sahəsində əsas məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki,Global Research, elm, təhsil, innovasiya və beynəlxalq münasibətlər sahəsində akademik müzakirələri və əməkdaşlığı təşviq edən aparıcı platformadır. Konfranslar, vebinarlar və ekspert görüşləri vasitəsilə bu təşəbbüs qlobal bilik paylaşımını və inkişafı dəstəkləməyi hədəfləyir.

 Kanal32.az

“XXI əsrdə Beynəlxalq münasibətlərin əhəmiyyəti" mövzusunda vebinar keçirilib-FOTO