Xatirələrdə yaşayacaq 87 illik ömür-FOTO

19 mart 2024 – cü il. Həmin gün Mingəçevir ictimaiyyətinə ağır itki üz verdi. Mənalı həyatını şəhərimizin tərəqqisinə , quruculuğuna həsr etmiş veteran sakin Fazil Səbzəli oğlu Niftəliyev dünyasını dəyişdi.
F. S. Niftəliyev 1937 – ci il sentyabr ayının 15 – də Ağdaş rayonunun Hüşün kəndində anadan olub. Uşaqlıq illəri ikinci dünya müharibəsinin ağrılı – acılı illərinə təsadüf etdi.Həm də valideyinlər övladlarının təhsil alması yolunda minbir əziyyətə qatlaşmalı olurdular.Elə Fazil Səbzəli oğluda orta təhsilini qonşu Kükəl kənd orta məktəbində 22 yaşında bitrib.
O üç illik hərbi xidmətini başa vurub daha kəndlərinə deyil,səsi –sorağı respublikadan kənara da yayılan Mingəçevirə üz tutub. İyirmi beş yaşlı gənc yenicə şəhər statusu almış şəhərin toxuculuq fabrikində əmək fəaliyyətinə başlayır. Müxtəlif vəzifələrdə:-keyfiyyət yoxlayıcısı,usta köməkçisi,usta,sex rəisi kimi kollektivin ehtimadını doğruldur.Amma təhsil almağı da unutmur.
Gəncə Yüngül Sənaye Texnikomunun Mingəçevir filialında oxuyaraq texnik-texnoloq ixtisasına yiyələnir. Əbəs deməyiblər ki,təhsil əməyin güzgüsüdür. İrəliləyiş,karyera yeksəlişi təhsillə bağlı olur. Fazil müəllim 1975 –ci ildə o zamankl Ali Partiya Məktəbini də bitirir.Qazanılmış həyat təcrübəsi onun əmək fəaliyyətinin genişlənməsinə səbəb olur.Sadəliyi,insanlara qarşı münasibətlərində və davranışlarında səmimiliyi onun partiya və sovet orqanlarında qüsursuz çalışmasında əsas amilə çevrilir. Fazil müəllim şəhər təsərrüfatının hansı sahəsində fəaliyyət göstəribsə orada böyük hörmət və nüfuz sahibi olub.
Onun məsləhət və tövsiyələri ilə razılaşıblar.İstər Dövlət Ticarəti və İctimai-iaşə müssisələrində,istərsə də Texniki Rezin Məmulatları və Yol maşınları zavodlarında məsul vəzifə daşıyarkən bu,belə olmuşdur. F.S.Niftəliyevin ən ağır məsuliyyətli dövrü 1982-1989 cu illərə təsadüf edir.Yaxşı xatırlayırıq,Şəhər İcrayyə Komitəsinin “Mənzil uçotu və bölgüsü”şöbəsinin rəisi işləyərkən hər gün demək olar ki,iki yüz,üç yüz nəfər mənzil problemi ilə bağlı ona müraciət edirdi.Fazil müəllim səbrlə,aramla onalrı dinləyir,ümidləndirir və sevindirməyə çalışırdı. Hər mənzil alan şəxsə order verilməsi sanki onun yorğunluğunu,vaxt limiti olmada çalışmasını unutdururdu.
“Əməkdə fərqlənməyə görə “,”Əmək fədakarlığına görə” medalları və.s. təltifləri bunun bariz nümunəsi olmaqla “Əmək veteranı”medalına layiq görülməsi də Fazil müəllimin mənalı həyatının xoş anlarından xəbər verdi. O, Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyi Mingəçevir şəhər şöbsi idarə heyətinin üzvi kimi də fəal iş görürdü…
Onun bu gün həyatda üç övladı,altı nəvəsi və nəticəsi Fazil müəllimin adını,şərəfini ləyaqətlə doğruldurlar.
Gülərüz,xoşsima,qayğıkeş,sakit,zarafatcıl,mehribanlığı ilə ətrafdakıların hörmətini qazanan Fazil Niftəliyevin nəcib əməlləri onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Ruhu şad olsun. Allah rəhmət eləsin!
Esmira Hidayətova,Yusif Ələkbərov,
Mingəçevir