Ölkədə qələm sahiblərinin peşə bayramı silsilə tədbirlərlə qeyd olunur.
Kanal32.az-ın məlumatına görə,bu qəbildən olan tədbirlərdən biri də
Azərbaycanda Qadın Sahibkarlarlığının İnkişafı Asossiyasiyası Milli Mətbuat Günü ilə əlaqədar media nümayəndələri görüşü oldu.Asossasiya yarandığı gündən hər zaman öz çoxşaxəli fəaliyyətini məhz media vasitəsilə geniş auditoriyaya təqdim etmişdir.
Əməkdar jurnalist Mətanət Ağamirlinin aparıcılığı ilə keçirilən tədbirdə ilk sözü Azərbaycan Qadın Sahibkarları İnkişafı Asossiasiyasının sədri, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva alaraq 22 İyul Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.
Sahibkar qadınların iştirak etdiyi bu tədbirdə assossiyasiyanın nümayəndələri də çıxış etdi və mətbuat nümayəndələrinin əvəzsiz rolundan danışdılar.
Tədbirdə həmçinin Azərbaycan Qadın Sahibkarları İnkişafı Asossiasiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru TV Afət Həsənova, “FFF+N” istehsal şirkətinin rəhbəri, “Tərəqqi” medallı Tacirə İslamova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və Avropa Təbii Elmlər Akademiyasının üzvü, İxtisasca mama-ginekoloq, “Ailə həkimi” klinikasının sahibi Firəngiz Rüstəmova, Usaq İnkisaf Mərkəzinin rəhbəri Aynur Musayeva, həmçinin jurnalistlər və media qurumlarının rəhbərləri çıxış ediblər. Həmçinin tanınmış jurnalist Aynur Camal, “Avropa info” saytının baş redaktoru Rəsul Mirhəşimli, peşəkar qələm sahibi Aida Eyvazlı, “Mədəniyyət.az” dərgisinin baş redaktoru Zöhrə Əliyeva, tele-aparıcı Fəxriyyə Lilpar cəmiyyətdə qadının rolu və onların sosial-ictimai inkişafında dövlət dəstəyini xüsusi qiymətləndirdilər.
44 günlük Vətən müharibəsinin informasiya savaşında jurnalistlərin şücaəti, əzmkarlığı xüsusi vurğulandı. Cəmiyyətin güzgüsü olan media mənsublarına peşə fəaliyyətlərində uğurlar azu edildi.
Sonda qadın sahibkarlar “Vishne” şokolad evinin sahibləri Aytən İsmayılova və Elmira Mehdixanova öz milli brendlərləri ilə jurnalistləri tanış etdilər.
Kanal32.az