V “Cyber Summer School 2026” yay məktəbinin rəsmi açılış olub-FOTOLAR

06 iyul 2026-cı il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin və Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə V “Cyber Summer School 2026” yay məktəbinin Mingəçevirdə rəsmi açılış mərasimi keçirilib.