Ukraynanın Pavloqrad şəhərindəki soydaşlarımız dövlət bayramlarımızı qeyd ediblər-FOTOLAR

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günün münasibətilə xaricdə yaşayan soydaşlarımız müxtəlif səpkili tədbirlər və aksiyalar təşkil ediblər.

Kanal32.az xəbər verir ki,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayətinin Pavloqrad şəhər təşkilatının təşəbbüsü ilə  9 Noyabr-Dövlət Bayrağı Günü və 12 Noyabr -Konstitusiya Günün münasibəti ilə tədbir keçirilib.

Pavloqrad şəhərində yaşayan soydaşlarımızın və diaspor fəallarının iştirak etdiyi bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi başlayıb. Ardınca 1-ci və 2-ci Qarabağ savaşında-Vətən müharibəsində canını fəda etmiş Vətən oğullarının-Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra bayram tədbirini Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayətinin Pavloqrad şəhər təşkilatının sədri Maqsud Şükürov açıq elan edib. Çıxış edən natiqlər bildiriblər ki,Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi  bütün dünya azərbaycanlıları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Qeyd olunub ki, bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirir.Natiqlər onu da vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət bayrağımıza münasibətinin bütün dünya azərbaycanlıları üçün nümunədir.

12 noyabr Konstitusiya Gününün tarixi əhəmiyyətindən söhbət açan iBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayətinin Pavloqrad şəhər təşkilatının üzvləri və digər soydaşlarımızi bildiriblər ki, ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya aktını qəbul edən  Azərbaycan  suveren bir ölkə kimi Dünya Birliyinin üzvü olsa da qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı.

Demokratik cəmiyyət quruculuğu xətti tutan Azərbaycanda 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində  Müstəqil Azərbaycan Respublikasının  ilk Konstitusiyasının yaradılması ilə bağlı  məsələ gündəmə gəldi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının ilk iclasında  layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması  bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas prinsiplərini necə olacağını  bəyan etdi. Birmənalı şəkildə  demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiya 1995-ci ilin noyabrın 12-də referendum, ümumxalq səsverməsi ilə qəbul edildi.

Həmçinin bayram tədbirində Ukrayna-Azərbaycan dostluğundan da söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan və Ukrayna ortaq dəyərlərə malikdir, haqq-ədalət anlayışına, insan münasibətlərinə eyni dərəcədə inanırlar.İki qardaş ölkə arasında dost, qarşılıqlı dəstək, anlaşma münasibətləri mövcuddur. Bunun nəticəsidir ki, Ukraynanın rəsmi dövlət sənədində Azərbaycan strateji tərəfdaş ölkə kimi qeyd olunub. O cümlədən, Ukrayna dövlətinə,Dnepropetrovsk vilayətinin və Pavloqrad şəhərinin rəhbərliyinə yaratdıqları şəraitə görə minnətdarlıq ifadə edilib.

Bayram tədbiri Azərbaycanın milli musiqləri ilə davam edib.

Kanal32.az