Ukrayna düz bir həftə əvvəl Kursk vilayətində əməliyyata başlayıb. Sürpriz effektin bizə verdiyi fürsət pəncərəsi ümumiyyətlə 12 günə qədər davam edə bilər.
Kanal32.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi analitik Pavel Narojnı deyib.
O qeyd edib ki, Ukrayna qoşunları kifayət qədər sürətlə irəliləyirdi, baxmayaraq ki, indi temp aşağı düşüb, çünki bəzi ərazilərdə istehkamlar tikilməyə başlayıb:
“Ukrayna ordusu bu ərazini bacardığı qədər saxlayacaq, çünki bizim ehtiyatlarımız çox deyil. Biz Kursk əməliyyatının rəsmi vəzifəsini bilmirik, lakin göründüyü kimi, söhbət rus qoşunlarını müxtəlif istiqamətlərdən, xüsusən də Xarkov və Donetsk vilayətindən geri çəkməkdən gedir. Bu gün Rusiya Krımdan və Xarkov vilayətindən bölmələri Kurska ötürür”.
Narojnı qeyd edib ki, artıq ruslar əraziyə ciddi texnikanı daşımağa başlayıblar və Ukraynanın 5 gün vaxtı qalıb:
“Kursk əməliyyatı çox yaxşı planlaşdırılıb, hər şey düzgün aparılıb, xüsusən də Rusiya rabitəsini kəsməklə”.
/axar.az/