Üç rayona yeni icra başçısı təyin edildi-RƏSMİ+FOTOLAR

Prezident İlham Əliyevin Sərəncamları ilə Suraxanı, Qusar və Beyləqan rayonlarına yeni icra başçıları təyin edilib.
Belə ki, Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyəti, Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyəti və Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Kanal32.az yeni təyin edilən icra başçılarının dosyelərini təqdim edir:
Suraxanı rayonuna təyin edilən icra başçısı Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.
1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sank-Peterburq şəhərindəki M.V.Frunze adına Hərbi Akademiyanı bitirib.
1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını başa vurub.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
2004-cü ildə Bakı Dövlət Universitetində magistratura və 2010-cu ildə aspirantura təhsili alıb.
2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Milli Məclisin deputatı seçilib.
2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.
10 mart 2020-ci ildə Adil Əliyev Milli Məclisin sədr müavini seçilib.
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilib.
Ailəlidir, üç övladı var.

Kanal32.az  Əziz Əzizovun dosyesini təqdim edir:

Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir.

1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub.

2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu günSuraxanı icra başcısı vəzifəsindən azad olunaraq Beyləqan Rayon icra başcısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Prezident İlham Əliyev bu gün unzaladığı digər Sərəncamla Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Kanal32.az  onun da dosyesini təqdim edir:

Sahir Polad oğlu Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.

1985–1993-cü illərdə Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin “Kalininmaşdetal” istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.

1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999 – “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışmışdır.

2001 – 2009 — Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin ediib. Bu günə qədər həmin vəzifədə çalışıb. 

Ailəlidir. 2 övladı var.