Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbi yekun konsertlə çıxış edib-FOTOLAR

Mayın 31-də  H.Əliyev Mərkəzində Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin yekun konserti keçirilib.

Kanal32.az-ın məlumatına görə konsertdən əvvəl məktəbin tədris ilindəki uğurları barədə video çarx nümayiş olunmuşdur. Konsert öz proqramına məktəbin xalq çalğı alətləri orkestri ilə başlayıb.

Sonra şagirdlərdən ibarət ansanbılın çıxışı alqışlarla qarşılanıb. Çıxışların ardınca məktəbin “ Xarı bulbul”ansanbılı,”Qaytağı ritm qrupu”və xanəndə Zülfiyə Hacıyeva,Səttar Orucov,Türanə Məmmədova, Pərvanə Osmanova və məktəbin tar,fortopianino,qarmon siniflərinin şagirdləri bir -birindən maraqlı nömrələrlə çıxış ediblər.

Yekun konsertində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov,YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,Turizm Kollecinin direktoru Kamal Əhmədov, “Kanal32” Media Şəbəkəsinin rəhbəri,teleaparıcı İnqilab Şirinli, Mərkəzi Aran Regional Gənclər İdman idarəsinin rəisi Azad Gözəlov,musiqi məktəbinin kollektivi,media nümayəndələri, qazilər və digər qonaqlar iştirak edib.

Tədbirin sonunda çıxış edən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov bütün iştirakçılara öz təşəkkürünü bildirib, onlara bundan sonrakı tədris ilində uğurlar arzulayıb. İdarə rəisi qeyd edib ki, dahi musiqiçimizin adını daşıyan bu məktəbdən gözləntiləri daha böyükdür.Ona görə də daha əzmlə çalışmaq və Azərbaycan mədəniyyətinə töfhələr vermək lazımdır.

Esmira Hidayətova