Türkiyə Böyük Millət Məclisinin iki üzvü kəlbəcərli gənc şairlə görüşüblər.
Kanal32.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə- Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrımla, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Iğdırdan seçilən millət vəkili,“Alagöz” holdinqin rəhbəri, “Iğdır” Futbol klubunun prezidenti Cantürk Alagöz Kəlbəcərli gənc şair Samir Mustafayevlə görüşüblər.
Millət vəkilləri görüş zamanı gənc şairin şeirlərini oxuduqlarını, vətən, yurd həsrətli, Turan sevdalı şeirlərindən isə duyğulandıqlarını bildiriblər. Sarsılmaz Türkiyə- Azərbaycan qardaşlığına həsr etdiyi şeirlərə görə gənc şairə təşəkkürlərini bildirib, gələcək yaradıcılığında uğurlar arzu ediblər.Azərbaycan ədəbi mühitinin Türkiyədə diqqətlə izlənildiyini vurğulayıblar.
Samir Mustafayev Millət vəkillərinə ona,onun yaradıcılığına göstərdikləri diqqətə görə minnətdarlığını ifadə edib. Sonra gənc şair Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə- Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, şərəfli ömrünün 40 ilini Türkiyə- Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına həsr edən, Bütöv Azərbaycan sevdalı Şamil Ayrıma yazdığı şeiri özünə təqdim edib.
Kanal32.az sözügedən şeiri oxuculara təqdim edir:
Hər gəlişi xoş arzudur, xoş soraq,
Uca Murov dağdı, qoca Ağrı dağ.
Qardaşlığın yollarında canı sağ,
Ömrü uzun olsun Şamil Ayrımın.
Çıxmasın taleyi puça Turanın,
Görək birliyini qoca Turanın.
Yaşasın sevincin uca Turanın,
Gözü belə dolsun Şamil Ayrımın.
Zəfərlə sonlandı Türkün davası,
Alındı yağıdan qanlı qisası.
Xoş günlərə atdığı hər imzası,
Tarixlərdə qalsın Şamil Ayrımın.
Millətin yolunda dərk ocağıdır,
Düşmənə bir dərsdir, görk ocağıdır.
Vətən məktəbidir, Türk ocağıdır,
Gənclik dərsin alsın Şamil Ayrımın.
Layiqdir ən yüksək altından taca,
Ürəkdə yeri var, dağlardan uca.
Qürur duysun, İğdırıyla, Duzluca,
Hər an yada salsın Şamil Ayrımın.
Kanal32.az