İstanbulda Türk Dövlətləri Fintex Alyansının yaradılması ilə bağlı Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Fintex Assosiasiyaları arasında anlaşma memorandumu imzalanıb.
Kanal32.az xəbər verir ki, memorandum maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Bu platforma yalnız türk dövlətləri arasındakı əməkdaşlığı gücləndirməklə qalmayacaq, həmçinin Avropadan Çinə qədər uzanan coğrafiyada yeni dövrün qapılarını açacaq.
Tədbirin sonunda Türk Dövlətləri Fintex Əməkdaşlıq Platforması rəsmi olaraq elan olunub və daha sonra panel müzakirələri baş tutub. Burada maliyyə texnologiyalarında ortaq strategiyaların müəyyənləşdirilməsi və qlobal əməkdaşlıq imkanlarından bəhs olunub.