Altay (trans-Avrasiya) dillərinin, o cümlədən yapon, koreya, tunqus, monqol və türk dillərinin mənşəyi və erkən yayılması Asiya tarixində ən mübahisəli məsələlərdən biridir. Son tədqiqatlar bu dillərin ortaq əcdaddan törədiyini göstərir. Bununla belə, bu protodilin ilk daşıyıcılarının nə vaxt və harada yaşadığı, eləcə də Altay dillərinin bütün dünyaya necə yayıldığı naməlum olaraq qalır.
Sonrakı minilliklərdə Pro-Altay dilinin törəmə qollarının daşıyıcıları Xuanxe populyasiyaları, Qərbi Avrasiya və Comon xalqları ilə qarışıblar. Bu qaynayıb-qarışma fəal mədəni əməkdaşlıq, həmçinin düyü əkinçiliyinin və heyvandarlığın onların həyat tərzinə əlavə olunmasıyla eynı vaxtda baş verib.
Altay dilləri üçün ümumi olan sözlər əsasən kənd təsərrüfatı, darı əkinçiliyi və kənd təsərrüfatı ilə əlaqələndirilir ki, bu da qədim dil daşıyıcılarının oturaq həyat tərzi fərziyyəsini təsdiqləyir. Arxeoloji tədqiqatların nəticələri göstərdi ki, Şimal-Şərqi Asiyanın bu bölgəsində darı əkinçiliyi ilə bağlı Neolit mədəniyyətlərindən sonradan iki budaq ayrılıb: Koreya qolu, bir də Amur və Dənizkənarını əhatə edən qol. Sonralar əkinçilik mədəniyyətinə çəltikçilik və darı becərilməsi də əlavə edilib.
Koreya yarımadasında onlar tunc dövrünün əvvəllərində meydana çıxıblar və təxminən 3 min il əvvəl oradan Yaponiyaya köçüblər. Bundan əlavə, Altay dillərində danışanların hamısında ümumi genetik xüsusiyyətlər müəyyən edilib.
– Dilinizin və müəyyən dərəcədə mədəniyyətinizin köklərinin indiki milli sərhədlərdən kənarda olduğunu qəbul etmək şəxsiyyətinizi də yenidən dəyərləndirməyi tələb edə bilər və bu heç də həmişə asan deyil, – tədqiqat qrupunun rəhbəri Martina Robbits deyir- Lakin bəşəriyyətin tarixi bizə göstərir ki, bütün dillərin, mədəniyyətlərin və xalqların mənşəyi qarşılıqlı təsir və qaynayıb-qarışma prosesindən keçib.
Nadir Qocabəyli
AzVision.az