TürkMedia.az xəbər verir ki, Türkiyə-Azərbaycan Strategiya və İqtisadiyyat Klubu Koray Bozatın rəhbərliyi ilə fəaliyyətə başladı.
“”Dildə, fikirdə, işdə birlik” düsturu ilə yola çıxdığımız Türkiyə-Azərbaycan Strategiya və İqtisadiyyat Klubumuz (qısaca TASİK) millətçi yanaşma sərgiləyən İdarə Heyəti üzvləri ilə fəaliyyətə başlayıb. TASİK-nin ilk Strateji Hədəfi Türkiyə ilə Azərbaycan türkçülüyü ilə mövcudluğunu qoruyan sosial, mədəni, iqtisadi, idman, hərbi, və təhsil sahələrindəki münasibətlərimizi tarixdəki ən yaxşı səviyyəyə yüksəltməkdir.”-deyə klub rəhbəri Koray Bozat bildirib.
Türkiyə-Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun baş direktoru Koray Bozatın rəhbərliyi altında qurulan TASİK-nin baş direktor müavini Türkiyə-Azərbaycan Qardaşlıq Ödüllərinin təsisçisi, “BHS GROUP” şirkətinin sahibi Atakan Taşurdur.