Sentyabrın 20-də Azneft İB “Neft Daşları” NQÇİ-nin bir qrup məsul şəxsləri Peşə bayramları günü Sumqayıt şəhərində olublar. Onlar iş yoldaşları Əsli Təhməzovanın 44 günlük müharibə zamanı şəhidlik zirvəsinə ucalmış oğlu Pərvin Təhməzovun məzarını ziyarət ediblər. Nettçilər əvvəlcə Şəhidlər Xiyabanının girişindəki Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər və onun qarşısına gül dəstəsi qoyublar.
Sonra şəhid Pərvin Təhməzovun məzarının önünə gələrək gül dəstəsi qoyublar.
Azneft İB Baş direktorun kadrlar üzrə müavini Teymur Mahmudov şəhidin məzarı önündə çıxış edib. O deyib:”Onların sayəsində biz qalib gəldik. Şəhidsiz də qalibiyyət olmur. Bu gün netçilərin peşə bayramıdır. Fikirləşirik ki, bütün bayramların adları şəhidlərlə bağlıdır. Biz hər bir uğurumuzda şəhidlərə borcluyuq.Bundan sonra da borclu olacağıq. Allah elə etsin ki, bundan sonra gələn nəsillər də onları unutmasın. Onları həmişə özlərinə örnək tutsunlar”.
Şəhidin anası Əsli xanım və digər şəhid Əlizamin Mustafalının anası Ülviyyə xanım şəhidlərə həsr etdikləri şeirlərini söyləyiblər.
Daha sonra neftçilər Şəhidlər Xiyabanındakı şəhidlərimizi ziyarət ediblər.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az