Tanınmış şair:”…cümlə xəyanətlərə bais olan” Ruben “İblis” i də oxudumu?”

Erməni separatizminin “ilham” mənbəyi – yəni maliyyə qaynağı, Rusiyada qazandığı milyardları qanunsuz silahlı birləşmələrin “yaşamasına” xərcləyən və yaxud Kremldən bu istiqamətdə aldığı təlimatları yerinə yetirən Ruben Vardanyanın Bakıda 10 fevral tarixində məhkəmədə dediyi “son söz” ciddi ictimai müzakirələr doğurub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair-publilist Elşən Əzim bu virsunun “son söz”ünə maraqlı bir yanaşma sərgiləyib.
KANAL32.az şairin feyzbuk səhfəsində yazdı statusu olduğu kimi təqdim edir:
Ruben Vardanyan son sözündə Azərbaycan klassiklərini oxuduğunu deyib. Kimlərin adını çəkib?
Məhəmməd Füzuli və Hüseyn Cavidin.
Bəlkə bu, yeni bir erməni bicliyidir?
Niyə məhz Füzuli və Cavid?
Füzuli böyük eşqin, bəşər və tanrı eşqinin carçısı idi.
Cavid böyük romantik olmaqla müharibələrə “yox” deyirdi.
Və həm də Cavid eşq səltənətində dini ayrıseçkilik tanımırdı. Timsalı, ” Şeyx Sənan”
Görəsən, “cümlə xəyanətlərə bais olan” Ruben “İblis” i də oxudumu?
Görəsən orda özünü gördümü?
Dəqiq bilirəm, Rubenin olmayan könlünə Füzuli eşqi təsir edə bilməz. Bəlkə də Füzulini oxuyub, üzdən başa düşüb və orda hansısa qadınını görüb türmədə qəhərlənib.
Bəs görəsən, “Padişahi- mülk” qit’əsini oxuyubmu?
Oxuyubsa, “dinari-dirəm rüşvət verib” Qarabağı “fəthi- kişvər qılmaq” istəyən bu məlun anlayıbmı ki, “göstərən saətdə dövrani- fələk bir inqilab, həm özü fani olar, həm ləşkəri, həm kişvəri” ?
Bu bədbəxt Füzulini oxuyanda qanıbmı ki, Ali baş komandanın “hər sözü bir pəhləvandır kim, bulub təyidi həqq, əzm qıldıqda tutar tədric ilə bəhri-bəri “
Tanınmış şair:"...cümlə xəyanətlərə bais olan" Ruben "İblis" i də oxudumu?"