Şüuraltının rənglərlə ifadəsi: Sürrealist yaradıcılığa baxış-FOTO

Mirzə Mehdi Hüseynov : “Şüuraltı  mənim  üçün  xammaldır,  rənglər  və  formalar  isə  onun  dilidir”.

Sürrealizm — XX  əsrin  əvvəllərində  yaranan,  incəsənət  və  ədəbiyyatda şüuraltının,  xəyalların  və  irrasional  düşüncənin  ifadəsini  əsas  götürən  bir cərəyandır.  Sürrealiəst   rəssamlar   reallıqla   xəyali   dünyanı   birləşdirərək   şok  edici  və  düşündürücü  əsərlər  yaradırlar.  Nəticə  etibarı  ilə  qeyd  etməliyəm  ki, sürrealizm  reallıqdan  qaçış  deyil,  reallığın  arxasında  gizlənən  həqiqətləri  kəşf etməyə  yönələn  bir  sənət  və  düşüncə  axınıdır.

Məhz  belə  bir  yardaıcılıq  yolu  keçən  rəssamlarımızdan  biri  də  Gəncə Dövlət  Milli  Dram  Teatrının  səhnəsi  ilə  üzvi  şəkildə  bağlı   olan   Mehdi   (Mirzə Mehdi)  Teyyub  oğlu  Hüseynovdur.

Mirzə  Mehdi  Hüseynov  Gəncə  şəhərində  1972-ci  ildə  ziyalı  ailəsində  anadan  olub.  O, 1987-ci  ildə  Əzim  Əzimzadə  adına  Azərbaycan  Dövlət Rəssamlıq  Texnikomuna  qəbul  olaraq  buranı  fərqlənmə  diplomu  ilə,  1991-ci ildə  isə  Azərbaycan  Dövlət  İncəsənət  İnstitutunun  “Rəngkarlıq”  fakultəsinə  qəbul  olunaraq  1997-ci  ildə   əla  qiymətlərlə  bitirib.  Qeyd  edim  ki,  burada  onun  diplom  rəhbərim  SSRİ  Xalq  rəssamı  Mikayıl  Abdullayev  olub.  Mirzə Mehdi  Hüseynov  2000-ci  ildə  “Zamanın  qanadlari”,  2001-ci  ildə  Ankara  şəhərində   hər  il  Türkiyə   Cumhuriyyətinin  sabiq   Prezidenti  Süleyman  Dəmirəlin   təşkilatçılığı   ilə  keçrilən   “IV  Türk  Dünyası  Karma  Rəsim  Sərqisi”də  iştirak  edib.  Elə  bu  ildə  İstanbul  şəhərində  yerləşən  “FATİH”  kollecində  rəssamlıq  və  bədii  foto  sənəti  dərsini  tədris  etmək  üçün  dəvət  alaraq  2001-2002-ci  tədris illərində  Türkiyədə  “İlin müəllimi”  adına  layiq  görülüb.  Yaradıcılıq   imkanlarının  daha   geniş   formada   təqdim   edilməsi   məqəsədilə  2003-cü  ilin  mart  ayında   İstanbul  şəhərinin   “Taksim  sənət  qalereyasında”  fərdi  sərgisi  keçirilib.  2003-cü  ilin  sonlarında  isə   ABŞ,  Nyu-York  ştatının  “Aqora  qaleridə”  keçirilən  Beynəlxalq  sərgisində  iştirak  edib.

Müsahibim   Gəncə   Dövlət   Milli   Dram   Teatrının   Geyim  və  səhnə tərtibatı  şöbəsinin  müdiri  Mirzə  Mehdi  Hüseynovdur.

  • Əsərlərinizdə şüuraltının  rolu  nə  qədərdir  və  ona  necə  çıxış  əldə edir-

siniz?

  • Mənim  sənətim   şüuraltının  fotoqrafiyasıdır.  Real   həyatda   gördüyümüz

əşyalar  əsərlərimdə  öz  funksiyasını  itirir  və  şüuraltının  verdiyi  yeni  mənaları qazanır.  Çıxış  əldə   etmək   üçün   mən   yuxu   gündəliyi  tuturam.  Yuxudan  oyanan  kimi  gördüyüm  obrazları  qeyd  edirəm,  çünki  ən  təmiz  və  senzuradan  keçməmiş  ideyalar  oradadır.  Bəzən  isə  real  obyektləri  bir-biri  ilə  əlaqəsiz  mühitlərdə  təsəvvür  edərək,  şüurumda  qəsdən  “qısaqapanma”  yaradıram  ki,  şüuraltım  üzə   çıxsın.  Şüuraltı  mənim  üçün  xammaldır,  rənglər  və  formalar  isə  onun   dilidir.   Əsərlərimin  təxminən  90%-i  şüuraltının  məhsuludur,  məntiq  yalnız  son   mərhələdə  kompozisiyanı  tamamlamaq  üçün  işə  qarışır.  Ona  çıxış  yolum  isə  “avtomatik  rəsm”  texnikasıdır.  Fırçanı  kətana  toxundurduğum  an  düşüncələrimi  sərbəst  buraxıram.  Əlimin  şüurumdan  daha  sürətli  hərəkət  etməsinə  icazə  verirəm. Bu  prosesdə  musiqi,  meditasiya  və  ya  sadəcə  mütləq səssizlik  mənə  gündəlik  qayğılardan  qopub  öz  dərinliyimə  enməyə  kömək  edir.

  • İlham anı  sizə  daha  çox   yuxularda,  xatirələrdə,  yoxsa   real   həyatda

gəlir?

  • Mənim  üçün   yuxular   reallıqdan   daha   realdır.  Gün   ərzində   gördüklərim

sadəcə  vizual  materialdır,  amma  əsl  sənət  gecə  başlayır.  Məntiq  yatanda, obrazlar  oyanır.  Mən  yuxularımı  “başqa  bir  dünyanın  xəbərçisi”  kimi  görürəm.  Orada  fizika  qanunları  yoxdur,  zaman  anlayışı  itir.  Mənim  işim  sadəcə  səhər oyananda  o  görüntüləri  yaddaşımda  dondurmaq  və  kətana  köçürməkdir.

  • Təsadüf  və   spontanlıq   yaradıcılıq   prosesinizdə   hansı   yeri   tutur?
  • Mən yaradıcılığa  başlayanda  kətan  üzərində  mütləq  hakimiyyət  qurmağı

sevmirəm. Təsadüf  mənim  gizli  həmmuəllifimdir.  Çox  vaxt  işə  plansız başlayıram:   kətana   təsadüfi  boya  ləkələri  atıram,  suyun  axmasına  və  ya  fırçanın   sürüşməsinə  icazə  verirəm.  Sonra  geri  çəkilib  bu  xaosun  içində gizlənən   formaları   axtarıram  (buna  Leonardo  da  Vinçi  prinsipi  də  deyə bilərik – divardakı  nəm  ləkələrinə  baxıb  orada  mənzərələr  görmək  kimi). Spontanlıq  mənə  başlanğıc  nöqtəsini  verir,  rəssamlıq  bacarığım  isə  o nöqtəni  sənət  əsərinə  çevirir.

  • Bir əsərə  başlamazdan  əvvəl  onu  planlayırsınız,  yoxsa  proses  sizi  özü

aparır?

  • Mənim üçün  əsəri  əvvəlcədən  planlamaq,  onun  sehrini  öldürmək  demək-

dir.  Əgər   nəticənin   nə   olacağını   əvvəlcədən   bilsəydim,   yəqin   ki,  onu  çəkməyə  ehtiyac  duymazdım.  Mən  kətan  qarşısına  bir  sualla  gəlirəm, cavabla  yox.  İlk  fırça  zərbəsi  sadəcə  bir  addımdır,  qalanını   boyaların   və  formaların  öz  aralarındakı  dialoqu  həll  edir.  Əsər  sanki  canlı  orqanizmdir, böyüdükcə  mənə   nə   istədiyini   özü   pıçıldayır.  Mən  sadəcə  vasitəçiyəm.

  • Əsərlərinizdə  tez-tez   rast   gəlinən   simvollar   varmı?  Onlar  sizin  üçün

nəyi  ifadə  edir?

  • Bəli,  əsərlərimdə   ən   çox   rast  gəlinən  simvol  yumurtadır.  Amma   bu,

klassik  mənada  doğum  rəmzi  deyil.  Mənim  üçün  yumurta – insan  qəlbinin mütləq  kövrəkliyidir. Diqqət  yetirmisinizsə,  yumurta  qırıldığı  an  öz  mahiyyətini  itirir,  onun  tamlığını  bərpa  etmək  qeyri-mümkündür.  İnsan  münasibətləri  və  qəlb   qırıqlığı   da   belədir.  Mən  o  “bərpaolunmazlıq”  anını  təsvir  edirəm.  Mənim   yumurtalarım   tamaşaçıya   xatırladır   ki,  bəzi   səhvlərin   və   bəzi  sözlərin  geri  dönüşü  yoxdur.

  • Tamaşaçının  əsəri   “anlaması”   sizin  üçün  vacibdirmi,  yoxsa  hiss  etmə-

si  kifayətdir?

  • Mənim  üçün   tamaşaçının   əsəri   məntiqi   yolla   “anlaması”  qətiyyən

vacib  deyil.  Hətta   deyərdim  ki,  anlamaq – əsəri  çərçivəyə  salmaqdır.  Mən  riyazi  düstur  yazmıram  ki,  onun  bir  doğru  həlli  olsun.  Mən  bir  hissi,  bir vəziyyəti  təsvir  edirəm.  Əgər  tamaşaçı  mənim  əsərimə  baxanda  səbəbini bilmədən  kədərlənirsə,  narahat  olursa  və  ya  özünü  o  “qırılmış  yumurta”nın  yerində   hiss   edirsə,  deməli   məqsədimə   çatmışam.  Şüur   unudar,  amma  emosiya  yadda  qalır.  Məntiqin  bitdiyi  yerdə  mənim  sənətim  başlayır.

  • Reallıqla  xəyali   dünya   arasındakı  sərhədi  əsərləriniz  vasitəsilə

pozmağa  çalışırsınızmı?

  • Mənim  məqsədim   sərhədi   pozmaq   deyil,  əslində   o   sərhədin   heç   vaxt

mövcud  olmadığını  göstərməkdir.  Bizim  “reallıq”  adlandırdığımız  şey  fiziki  dünyadırsa,  “xəyal”  dediyimiz  şey  də  hisslərimiz  və  qorxularımızdır.  Məgər  qırılan  bir  qəlbin  ağrısı,  masanın  üstündəki   stəkandan  daha  az  realdır?  Mən  əsərlərimdə  bu  iki  dünyanı  bir-birinə  elə  hörürəm  ki,  tamaşaçı  harada   reallığın  bitib,  harada  yuxunun  başladığını  müəyyən  edə  bilməsin.  Mənim  dünyamda  yumurta  həm  mətbəx  masasındakı  ərzaqdır,  həm  də  insanın  faciəsidir.

  • Freyd, Yunq  və  ya  başqa  psixoloji  nəzəriyyələr  yaradıcılığınıza  təsir

edirmi?

  • Mənim  yaradıcılığımda  Ziqmund  Freydin  izləri  qaçılmazdır.  Freyd  deyir-

di  ki,  şüuraltı  bizim  gizlətdiyimiz  arzuların  və  qorxuların  anbarıdır.  Mənim istifadə etdiyim yumurta simvolu tamamilə Freydistdən  bir  metaforadır. Yumurtanın  qabığı – bizim  cəmiyyətə  göstərdiyimiz  “Mən”dir  (Ego),  bizi qoruyan   maskadır.  İçindəki  maye   isə   basdırılmış   hisslərimizdir.  Mən   o qabığın   qırılma  anını  çəkərkən,  əslində  insanın  daxilindəki  o  “gizli mən”in necə  üzə  çıxdığını  və  müdafiəsiz  qaldığını  göstərirəm.  Mənim  sənətim – şüuraltının  vizual  etirafıdır.

  • Qorxu, arzu  və  travmalar  əsərlərinizdə  necə  təzahür  edir?
  • Mən  travmanı   və   qorxunu  birbaşa,  çirkin  bir  şəkildə  göstərməyi  sevi-

rəm.  Mən  onları estetikləşdirmirəm. Bu, mənim müdafiə mexanizmimdir. Əsərlərim  ilk  baxışda  sakit,  hətta  gözəl  görünə  bilər.  Amma  diqqətlə  baxanda  görürsünüz   ki,  o   gözəl  əsərdə  nəsə  yanlışdır.  Arzu  və  Travma  mənim  kətanımda  rəqs  edir:  rənglər  arzuladığım  dünyanı,  formalar  isə  yaşadığım  travmanı  göstərir.  Bu  ziddiyyət  tamaşaçıda  narahatlıq  yaradır  və  məhz  o  narahatlıq  mənim  çatdırmaq  istədiyim  hissdir.

  • Öz şüuraltınızdan  qorxduğunuz  anlar  olubmu?
  • Bəli, dəfələrlə    Bəzən  iş  prosesi  bitdikdən  sonra  geri  çəkilib  kətana

baxıram  və  öz-özümə  sual  verirəm: “Bunu  həqiqətən  mən  çəkdim?”  O   an  məni  dəhşət  bürüyür,  çünki  kətandakı  obrazlar  mənim  gündəlik  həyatımda  heç  vaxt  düşünmədiyim,  hətta  ağlıma  gətirməkdən  qorxduğum  şeylər  olur.  Sanki  içimdə  başqa  bir   “Mən”  yaşayır   və   o,  məndən  daha  cəsarətli, daha  qəddar  və  daha  qaranlıqdır.  Öz  içimdəki  o  “yad”la  üzləşmək  məni   qorxudur,  amma  həm  də  maqnit  kimi  çəkir.

  • Hansı texnikalar  sürreal  düşüncələrinizi  ifadə  etmək  üçün  daha   uyğun-

dur?

  • Mənim texnikam  ziddiyyətlər  (kontrast)  üzərində    Düşüncələrimi

ifadə  etmək  üçün  hamar  və  kobud  səthləri  qarşı-qarşıya  qoyuram.  Mən hisslərimi  planlı  cizgilərlə  deyil,  boyanın  sərbəst  hərəkəti  ilə  ifadə  edirəm. Sürreal  düşüncələrim  üçün  ən  uyğun  texnika  axıtma  və  ləkə  texnikasıdır.

  • Klassik rəssamlıq  qaydalarına  əməl  edirsiniz,  yoxsa  onları  bilərəkdən

pozursunuz?

  • Məşhur  bir   deyim   var:  “Qaydaları  peşəkar  kimi  öyrən  ki,  onları  sənət-

kar  kimi  poza  biləsən”.  Mən  klassik  qaydaları  bilirəm,  amma  onlar  mənim hisslərimi  ifadə  etməyə  yetmir.  İnsan  qəlbi  qırılan  zaman,  dünya  öz  nizamını  itirir.  Ağrı  zamanı  heç  nə  “qızıl  nisbət”ə  uyğun  gəlmir.  Ona  görə  də  mən əsərlərimdə formaları bilərəkdən deformasiya edirəm, perspektivi  əyirəm.  Məqsədim  gözə  xoş  gələn  bir  mənzərə  yaratmaq  deyil,  daxili  xaosu  olduğu  kimi  göstərməkdir.  Mən  qaydaları  yox,  həqiqəti  seçirəm.

  • Rəng  seçiminiz  emosionaldır,  yoxsa  simvolik?
  • Mən rəngləri  düşünərək  yox,  hiss  edərək  seçirəm.  Mənim  palitram  emo-

sional  bir  partlayışdır.  Qırmızı  və  Sarı  mənim  daxilimdəki  yanğını, həyəcanı  və  təhlükəni  ifadə  edir.  Bu  rənglər  qışqırır.  Lakin   mən   bu  istiliyi  soyutmaq  və   tarazlamaq   üçün   Zümrüdü  yaşılın  o  soyuq,  dərin  və  sakitləşdirici  (bəzən də  boğucu)  tonundan   istifadə   edirəm.  Ağ  və  Qara  isə  bu  rəngli  xaosu  çərçivəyə  salır.  Yəni,   kətanda   gördüyünüz  rənglər  sadəcə  boya  deyil,  o  sanki ruh  halımın  temperaturudur.  Bəzən  qəzəbli  (qırmızı),  bəzən   xəstə  (sarı),  bəzən  də  buz  kimi  soyuq  (ağ/zümrüdü).

  • Sürrealizm sizcə  etiraz  formasıdır,  yoxsa  daxili  azadlıq?
  • Bu, mənim   yeganə   nəfəs   aldığım   məkandır.  Real  həyatda  biz qanun-

larla,  fizika  ilə,  məntiqlə  və  sosial  qaydalarla  çərçivələnmişik – sanki  dar  bir qabığın   içindəyik.  Kətan   qarşısında   isə   mən   o  qabığı  sındırıram  və daxilimdəki   “maye”ni – yəni  ruhumu  sərbəst  buraxıram.  Orada   insan   uça  bilər,  qan  zümrüdü  rəngdə  ola  bilər,  məntiq  susar.  Sürrealizm  mənə imkan  verir  ki,  heç  kimə  hesabat  vermədən,  sadəcə  hiss  etdiyim  kimi yaşayım.  Bu,  mütləq   azadlıqdır.

  • Müasir dünyada  sürrealizmin  rolu  dəyişibmi?
  • Bəli, kökündən  dəyişib.  Əvvəllər   sürrealizm   reallıqdan  qaçış  idi,  indi

isə  reallığın  özü  sürreal  olub.  Xəbərləri  açanda  gördüklərimiz – süni  intellekt, qlobal  kataklizmlər,  virtual  həyatlar – Dalinin   xəyallarından   belə   daha  qəribədir.  Buna   görə   də   müasir   sürrealistin   rolu   artıq   təxəyyül   uydurmaq deyil,  bu  mövcud  absurdluğu  sənədləşdirməkdir.  Biz  artıq  yuxuda  yox, oyaq  ikən  sürrealizm  yaşayırıq.  Müasir  dünyada  insanlar  özlərinə  mükəmməl,  hamar və  qüsursuz  bir  “qabıq”  (profil)  yaradıblar.  Sosial  şəbəkələrdə   hamı   xoşbəxtdir,  hamı  bütövdür.  Texnologiya  dəyişdi.  İndi  bir   düyməni   basmaqla   süni   intellektə  sürrealist  rəsm  çəkdirmək  mümkündür.  Amma  bu,  sürrealizmin  rolunu azaltmır,  əksinə,  rəssamın  məsuliyyətini  artırır.  Maşın  qəribə  şəkillər  yarada  bilər,  amma  o,  ağrı  çəkə  bilməz.  Mənim  qırmızı  və  sarı  rənglərim,  o  qırılan  qəlb   simvolu   sadəcə  vizual  effekt  deyil,  o,  yaşanmış  bir  təcrübədir.  Müasir dünyada   sürrealistin  rolu – texnoloji  soyuqluğun  içində  insan  ruhunun  istiliyini  və  zəifliyini  qoruyub  saxlamaqdır.

  • Texnologiya və  süni  zəka  sürreal  sənətə  necə  təsir  göstərə  bilər?
  • Texnologiya  mükəmməl   rəsm   çəkə  bilər,  amma  o,  hiss  edə  bilməz.

Sürrealizm   sadəcə   qəribə   obrazlar   yığını   deyil,  o,  şüuraltının  qışqırığıdır. Süni   zəka   milyonlarla   “qırılmış  yumurta”  şəkli  generasiya  edə  bilər. Amma  o,  qəlbin  niyə  qırıldığını,  o  itkinin  ağırlığını  və  zümrüdü   rəngin  mənim   üçün  kəsb  etdiyi   xüsusi  kədəri  bilmir.  Aİ  “nəticəni”  təqlid  edir, mən  isə  “səbəbi”  çəkirəm.  Texnologiya   sürəti   artırır,  amma  sənətin  dəyərini – onun  içindəki  insan   istiliyi   müəyyən   edir.  Mənim  sənətimdəki  “xəta”lar  və  “əyriliklər”  mənim   ruhumdur,  maşın   isə   yalnız   “düzgün”  olanı  yaradır.

      

  • Əsərləriniz  sizi   tam  əks  etdirirmi,  yoxsa   gizlətdiyiniz   tərəfləriniz   var?
  • Düşünürəm  ki,  heç   bir  insan,  hətta  rəssam  belə  özünü  tam  tanıya

bilməz.   Əsərlərimdə  üzə  çıxan  şeylər – mənim  dərk  etdiyim  tərəflərimdir.  Amma   şübhəsiz   ki,  gizli  qalan  tərəflərim  var.  Onlar  o  qədər  qaranlıq  və  ya  o  qədər   kövrəkdir  ki,  onları  kətana  köçürməyə  cəsarətim  çatmır.  Bəlkə  də  o  qara  rəngin  içindəki  boşluqlar  məhz  o  dilə  gətirilməyən,  rəsmə  sığmayan  tərəflərimdir.  Mən  özümü  əsərlərim  vasitəsilə  kəşf  edirəm,  ona  görə  də  hər  yeni  əsər  mənim  üçün  də  bir  sirrin  açılmasıdır.  Məncə,  əsl sənətkarın  gizlənməyə   haqqı  yoxdur.  Mənim  əsərlərim  mənim  rentgenimdir.

  • Bir  tamaşaçı   əsərinizdən   çıxarkən   hansı   sualla   qalmasını   istərdiniz?
  • Mən  istəyirəm   ki,  onlar   o   sarı   və   qırmızı   rənglərə   baxıb   düşünsünlər:

“Gördüyüm  bu  mənzərə  bir  ölümdür,  yoxsa  yeni  bir  doğum?”  Axı yumurta  qırılanda  iki  şey  ola  bilər:  ya  həyat  bitər  (məhv olar),  ya  da həyat  başlayar  (cücə çıxar).  Mənim  əsərlərimdə  bu  sərhəd  çox  incədir. Qoy  tamaşaçı  qərar  versin:  bu  qırılan  qəlb  bitişir,  yoxsa   azadlığın  başlanğıcıdır?  Cavab  onların  öz  daxili   nikbinlik  və  ya  bədbinliklərindən  asılı  olacaq.

  • Əgər rəsmləriniz  danışa  bilsəydi,  nə  deyərdi?
  • Səssiz  qışqırıq   (“Eşidilməyən səs”)  Sürrealizm   tez-tez   “səssizliyin  sə-

sini”  təsvir  edir.  Bu  variant  daha  fəlsəfidir.  Əsər  deyərdi:  Əslində  heç  nə deməzdi, sadəcə qışqırardı.  Mənim  danışmağa  ehtiyacım  yoxdur.  Məndəki  qırmızı  rəng  elə  qışqırır  ki,  qulaqların  tutulmalıdır.  Məndəki  qara  boşluq  elə dərindir  ki,  sözlər  orada  itib  batır.  Əgər  sən  mənim  səsimi  eşitmir,  sadəcə rənglərimi görürsənsə, deməli, hələ məni anlamamısan. Mən danışmıram,  mən  sadəcə  mövcudluğumla  sənə  ağrını  hiss  etdirirəm.  Sözlər  yalan  danışa  bilər,  amma   rənglər   heç  vaxt  yalan  danışmaz. “Əgər  rəsmlərim  danışa  bilsəydi,  yəqin   ki,  yalnız  bir  cümlə  deyərdi:  “Kaş  ki, bunu  etməzdin…”

  • Sürrealizm  sizin  üçün  üslubdur,  yoxsa  həyat   tərzi?
  • Bəli,  birmənalı   olaraq  həyat  tərzidir.  Sürrealizm  mənim  üçün  bir  kost-

yum   deyil  ki,  emalatxanaya  girəndə  geyinim,  evə  gedəndə  isə  çıxarıb asılqandan   asım.   Mən  dünyanı  “normal”  insanların   gördüyü   kimi  görmürəm. Adi  bir səhər  yeməyində masadakı yumurtaya baxanda  mən  sadəcə  qida  görmürəm,  mən   orada  bir  taleyi,  kövrəkliyi  və  potensial   faciəni  görürəm.  Mən   küçədə  gəzərkən  reallıqla  xəyallarım  arasındakı   sərhəd  silinir.  Mənim  üçün   yaşamaq – davamlı   bir  yaradıcılıq  aktıdır. Mən  kətanda  necə  hiss  edirəmsə,  həyatda  da  eləyəm:  plansız,  emosional  və  hər  an   qırılmağa   hazır.

Uğur olsun!

 Anar   Ərtoğrul   Burcəliyev,

Teatrşünas-tənqidçi

Şüuraltının rənglərlə ifadəsi: Sürrealist yaradıcılığa baxış