“Start Fizika” qrant layihəsinin təlimləri uğurla yükunlaşıb-FOTO

“Start Fizika” qrant layihəsi çərçivəsində təlimlər uğurla yükunlaşıb.

Layihə üzrə keçirilən dərslərdə iştirakçılar fizikanın fundamental qanunları, təbiət hadisələrinin elmi izahı və müasir fizikanın əsasları mövzularını mənimsəyiblər. Təlimlər zamanı şagirdlərə mürəkkəb elmi anlayışların sadə izahı, məntiqi nəticəçıxarma və fənn üzrə innovativ yanaşmaların tətbiqi qaydaları izah olunmuşdur. İnteraktiv formatda təşkil olunan bu məşğələlər şagirdlərin həm akademik biliklərinin artmasına, həm də intellektual inkişafına birbaşa xidmət edir.

Layihənin məqsədi məktəblilərdə elmi düşüncə, araşdırma bacarığı və təcrübəyə əsaslanan öyrənmə motivasiyası formalaşdırmaqdır.

Xatırladırıq ki, “Start Fizika” qrant layihəsi Nərmin Nərimanlı tərəfindən Ağdaş rayonu Y. İsmayılov adına Güvəkənd kənd tam orta məktəbində həyata keçirilib.

“Start Fizika” qrant layihəsinin təlimləri uğurla yükunlaşıb-FOTO