Doğru. az xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Azərbaycan Qadin Sahibkarlarığın İnkişafı Assosiasiyasının İctimai Birliyinin idarə heyyətinin sədri və Baki Tekstil Fabrikinin təsisçisi Səkinə xanım Babayevanin, AQSİA-nın Regionlarda işin təşkili komissiyasının rəhbəri Kəmalə xanım Məmmədli, Milli Məclisin deputatı Qənirə xanim paşayeva, Zəngilan, Abşeron və Qubadlı rayon İcra Hakimiyyətlərinin Başçıları şəhid ailələri, qazilər və onlarin ailələri ilə görüşüb problərilə, sağlamliqları ilə və digər mövzulari müzakirə ediblər.
Görüşdə, şəhid və qazi ailələrinin diqqət mərkəzində olmalarının vacibliyi, ehtiyaclarinin(tibbi, ərzaq, geyim, iş yerləri, sosial problemlərinin operativ şəkildə aradan qaldırılması müzakirə olunub.
Vətənimizin sərhədlərinin təhlükəsizliyini canları bahasına qoruyan, rayonlarımızda xidmət edən əsgərlər üçün Baki Tekstil Fabrikinin, Azərbaycanda Qadin Sahibkarlığının İnkişafi Assosiasiyasının və Avraasiya Araşdirmalar Mərkəzinin birgə sovqat aksiyasi təşkil olunub. Sovqatlar şəhid və qazi ailələrinə çatdirmaq üçün adlarini qeyd etdiyimiz rayonlarin İcra Hakimmiyyətlərinin məsul işçilərinə təhvil verilib.
Görüşün sonunda Səkinə Babayeva vurğulayıb ki, canlari, sağlamliqlari bahasina torpaqlarımızın geri qaytarılmasında iştrak edən hər bir kəsə diqqət göstərmək hər birimizin mənəvi borcudur.
DOĞRU.AZ