“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2022-ci il tarixindən “Gənclər arasında ailə dəyərlərinin təbliği istiqamətində və ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinin təşkili”layihəsinin icrası davam edir.
Bu barədə Sabaha-inamla.az-a ictimai birliyin mətbuat xidmətindən bildirilib. İlk tədbir 22 aprel 2022-ci il tarixində Siyəzən rayonu Gənclər və İdman İdarəsində təşkil olundu. Tədbiri giriş sözü Siyəzən rayon Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Günel Ağayeva icra başçısı Novruz müəllimin salamlarını çatdırdı və bu tədbirin əhəmiyyətini vurguladı.Bu kimi maariflənmə gənclər üçün lazımlı və vacibdir deyə vurğuladı. Birliyin sədri İndira Şəmasivari iştirakçıları salamladı və ailə dəyərləri erkən nigah və onun fəsadları barədə danışdı. O,bildirdi ki, Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə yeniyetmə və gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə ailə institutu tarix boyu dövlətlərin formalaşmasında mühüm rol oynamışdır. Ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşları yetişdirir, dəyərlər sistemini formalaşdırır, sosial münasibətlərin nizamlayıcısı rolunda çıxış edir. Ona görə də cəmiyyətimiz möhkəm və sağlam ailənin qurulmasında maraqlıdır. Güclü ailə güclü dövlət deməkdir. Məhz bu baxımdan dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir və bu sahə prioritet istiqamətlərdən sayılır.
Bu gün dünya əhalisinin 2,6 milyon nəfərini gənclər təşkil edir. Son illər dövlətin prioritet məsələlərindən biridə gənclər arasında ailə instutunun və nigah münasibətlərinin möhkəmləndirilməsinə dair məsələlərin geniş şəkildə təbliğinə dəstək verməkdir. Ötən il ölkədə nikaha daxil olanların 78,7 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,5, qadınların isə 23,6-dır. Azərbaycanda 11 ayı ərzində 60 min 800 nikah olub, 12 min boşanma faktı qeydə alınıb. Bu da əhalinin hər 1000 nəfərinə 6.9 nikaha, 1.4 boşanması deməkdir. Boşanmaların sayı ildən ilə artmaqda davam edir. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir.. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır.
Sonra təlimçi Kəmalə xanım ailə dəyərləri barədə və ölkəmizdə mövcud olan problemlərdən geniş danışdı. Sonra iştirakçılara Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çəkilmiş ailə dəyərləri adlı video-çarx nümayiş olundu. Yekunda tədbir iştirakçılarının çıxışları dinlənildi. Müzakirələr çay süfrəsi arxasında davam etdirildi.
Qeyd edək ki, layihə rəhbəri Surxay Şəmsivaridir.