Şirkət rəhbəri Mingəçevirdə bir neçə sahibkara qarşı qanunsuz əməllər tördəib.Məhkəmə isə süründürməçilik edir!
Uzun illərdən bəri Mingəçevirdə çəklişi başa çatmayan kanalizasiya xətləri çəkilir.
Bu xətlərin başa çatmamasının səbəblərindən biri bəzi podaratçı şirkət rəhbərlərinin min oyundan çıxmasıdır.
Belə şirkətlərin qurbanı olan sahibkarlar “Kanal32“yə başlarına açılan problemlərlə bağlı müraciət ediblər.
Belə ki, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması tenderi üzrə qalib “Nort Vest Konstrakşn” MMC-dir. “Azərsu” bu şirkətlə məbləği 40 milyon 735 min 656 manat olan müqavilə imzalayıb.
Mingəçevirin kanalizasiya xətlərinin çəkilişində podaratçı şirkət “Əmək mühəndisliyi”şirkətinin iki türk rəhbərləri Uğur Yeniceri ,Serdar Kaya sahibkarları aldadaraq milyonlarla məbləği ödəməyiblər.Sahibkarlar iddia edirlər ki,onlarla sözügedən şirkət arasında rəsmi müqavilə bağlanıb.
Mingəçevir sakini yanacaqdoldurma məntəqəsinin sahibi Əliyev Nurlan deyir ki,ondan 11 min manata yaxın yanacaq götürüblər və elektron qaimə də vurulub özlərinin imzaları ilə təsdiq ediblər.
Sahibkar deyir ki,bir ildir ona heç bir manat pul ödənməyib:”
Dəfələrlə onların Bakı şəhərində yerləşən ofislərinə olmuşam. Hər dəfə də yalan vədlər verərək aradan çıxırlar. Artıq telefon zənglərinə də cavab vermirlər.
Digər Yevlax sakini Mehdiyev Cumalı öz texnikası ilə bərabər bu şirkətə müqavilə əsasında işləyib lakin o da şirkət rəhbərlərinin fırıldağının qurbanı olaraq 11 min pul məbləğini ala bilmir.Yevlax məhkəməsinə müraciət olunsa da heç bir nəticə yoxdur.
Kamil Mustafayev isə deyir ki,yaşadığım Mingəçevir kəndində onlar kanalizasiya xəttini çəkirdilər. Mənə onların verəcəkləri 14 min 522 manat bir il keçməsinə baxmayaraq verilməyib. Cavadov Elməddin isə həmin şirkətdən 9 min manat alacağı olduğunu deyir. Aidiyyəti orqanlar müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticənin olmadığını deyir. Feyziyev Elmir isə 40 min manatının ala bilməyəcəyini deyir.
Zərərçəkənlər bildirir ki,şirkət rəhbərləri olan Uğur Yeniceri və Serdar Kaya Bakı şəhərində “Probuild Construction LLC” şirkətdə çalışırlar.
Sadəcə telefon zənglərinə cavab verməyərək məsuliyyətdən boyun qaçırmağa çalışırlar.Zərərçəkənlər əllərində olan fakt və sənədlərlə birgə aidiyyatı məhkəməyə də müraciət etmələrinə baxmayaraq onlar süründürməçiliyə məruz qalıblar.
Ətraflı videoda:
Biz də qarşı tərəflə əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavabsız qaldı. Görünüən odur ki, belə qanunsuz əməllərlə məşğul olan şirkətlər milyonları mənimsəməklə yanaşı yerli dövlət qurumları ilə vətəndaşlar arasında kütləvi narazılıqlar yartmaqda maraqlıdırlar. Deməli, hüquq-mühafizə orqanları hərkətə keçməlidir. Redaksiya olaraq ümid edirik ki, müvqfiq dövlət orqanları fırıldaqçılığa məruz qalan sahibkarların üzləşdiyi qanunsuzluqlara bağlı addımlar atacaqlar.
Mövzuya qayıdacağıq!
Esmira Hidayətova,
Mingəçevir