Nərimanov rayonunun Əliağa Vahid küçəsində sözün əsl mənasında gərgin anlar yaşanıb.
Məlumat üçün bildirək ki, adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, bu gün, axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə başlayıblar. Bu zaman sakinlər söküntü işlərini aparılmasından xəbərsiz olublar.Nəticədə Elnur Bağırovun 5 nəfər ailə üzvü dağıntılar altında qalıb.
Bağırovlar ailəsinin Dünyanınsəsi.Az-a verdiyi məlumata görə, ərazini almaq istəyən “QALA” MMC yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri dağıdıb.
Məlumata görə, söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atırlar və fiziki güc tətbiq ediblər. Son dəqiqə aldığımız məlumata görə, artıq evlərdən biri tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər. Söküntü isə davam edir.
Baki şəhərində Əliağa Vahid kūçəsində yaşayan Elnur Bağırovun evini gecə vaxti ailə űzvūləri ilə evdə olarkən “QALA” MMC-nin qoçuları tərəfindən dağıdılıb.
Dağıntilar altında qalan ailəni Fövqaladə Hallar Nazirliyinin xilasedici dəstəsi tərəfindən çıxarılaraq xəstəxanaya yerləşdiriliblər.Hazırda xəstəxanada müalicə olunalar arasında 2-si azyaşlı uşaq olmaqla 1 nəfər də hamilə xanım olduğu deyilir. Törədilən bu özbaşınalıqla bağlı Elnur Bağırov Baş prokuror Kamran Əliyevdən qanunamüvafiq formada ölçü götürülməsini xahiş edir.
Hadisə yerindən gõndərilən videomaterialı təqdim edirik:
Qeyd edək ki,redaksiya olaraq qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, mükün olmadı. Amma bütün hallarda onların mövqeyini dərc etməyə hazırıq.
Kanal32.az