Şimali Osetiyadakı iki diaspor rəhbəri İlham Əliyevə məktub göndərdi

Hörmətli cənab Prezident!
Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin üzvləri 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Sizin namizədliyinizi birmənalı olaraq dəstəkləyir. Şimali Osetiya-Alaniya Respublikasında yaşayan minlərlə azərbaycanlını doğma Azərbaycana olan sevgi birləşdirir. Azərbaycan Respublikasının Prezidenti olaraq Sizinlə hər zaman fəxr edirik. Müstəqil və güclü olan bu ölkənin vətəndaşları olduğumuz üçün qürur duyuruq. Bizim hər zaman arzu və istəyimiz Azərbaycanı güclü, qüdrətli, suveren və müstəqil görməkdir. Hazırda Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir. Bu gün ölkəmiz regional və qlobal təşəbbüsləri ilə dünya dövlətlərinin diqqət mərkəzindədir. Xüsusən Sizin təşəbbüslərinizlə Azərbaycanın həyata keçirdiyi layihələr dünya dövlətlərinin liderləri tərəfindən təqdir olunur. Bütün bunlarla yanaşı, dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün ardıcıl siyasət həyata keçirirsiniz.
Cənab Prezident, Sizin müdrik siyasətiniz, qətiyyətli, cəsarətli addımlarınız sayəsində Azərbaycan tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə nail olub. Ali Baş Komandan olaraq yüz illər boyunca heç kimin edə bilmədiyini Siz etdiniz. 20 il əvvəl dediyiniz sözləri dəfələrlə təkrar edərək Qələbə Marşı səsləndirməyə nail oldunuz. Bizə bu Şanlı Zəfəri və sevinci yaşatdığınıza görə Sizə, Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk. Biz, hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Bütün dünya azərbaycanlılarını 2024-cü ilin fevralın 7-də keçiriləcək seçkilərdə səsvermədə arzularımızı gerçəyə çevirmiş Liderə dəstək olmağa çağırırıq.
Hörmətlə,
Şahin Məmmədov, Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti
Murtuz Gülməmmədov,
Konqresin sədri, Rusiya Federasiyası, Şimali Osetiya-Alaniya