Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrantlar müsabiqəsində “Təmas” Regional İnkişaf İctimai Birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsinin icrasını davam etdirir. Layihənin rəhbəri Südabə Məmmədova bildirib ki, artıq layihənin birinci ayı yekunlaşıb.
Sentyabr ayı ərzində sığınacaqdan ümumilikdə 39 nəfər qadın və uşaq yararlanmışdır. Onlardan 2 insan alveri qurbanı, 37 nəfəri insan alverinin potensial qurbanları olublar. İnsan alverinin potensial qurbanları arasında 18 nəfəri qadın, 21 nəfəri isə uşaq olmuşlar (12 qız, 9 oğlan). Sığınacaqda qalan qadın və uşaqlardan başqa, ay ərzində Mərkəzə əlavə olaraq 61 nəfər (14 kişi, 47 qadın) birbaşa və ya qaynar xətt vasitəsilə müraciət etmişlər. Onlara hüquqi məsləhətlərin verilməsi, bəzi məsələlərdə prosedur qaydalarının izahı, sənədlərin düzəldilməsi ilə bağlı məsləhətlərin verilməsi, aidiyyatı qurumlara istiqamətləndirmə, psixoloji məsləhətlərin verilməsi kimi xidmətlər göstərilib.
Xüsusi olaraq qeyd edək ki, sığınacaqda göstərilən xidmətlər qadınların və onların uşaqlarının rifahını yaxşılaşdırmaq üçün şəxslərarası, ayrı-ayrı şəxslər səviyyəsində və sosial səviyyələrdə əhəmiyyətli dəyişikliklərə nail olmağa səy göstərir.
Lyihənin icrası davam edir.
“Təmas” RİİB nin mətbuat xidməti