Prezident İlham Əliyevi doğum günü münasibəti ilə dünyanın bir sıra ölkələrinin prezidentləri, ictimai-siyasi xadimləri təbrik edir.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım da Prezident İlham Əliyevi təbrik edib.
Kanal32.az xəbər verir ki, Şamil Ayrım Manset.az-a açıqlamasında bu doğum gününün Prezident İlham Əliyev üçün xüsusi önəm daşıdığını bildirib:
“44 günlük Qarabağ döyüşlərində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi öz tarixi torpaqlarını işğaldan azad etdi. Sonra Xankəndini, Xocalını və digər əraziləri antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bununla da Azərbaycan xalqının arzularını və atası Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Bu doğum günün İlham Əliyev üçün önəmli və ülvi anlamı var. Qısa zamanda işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin qayıdışı üçün böyük işlər görür. İnşallah, tezliklə, Ermənistanla sülh müqaviləsi bağlanacağına inanırıq. Zəngəzur dəhlizi də açılacaq. Bölgədə sülh və əminamanlığın olması üçün Azərbaycan dövləti addımlar atır. Həmçinin 1988-ci ildə Qərbi Azərbaycandan qovulan azərbaycanlılar var. İlham Əliyev həmin şəxslərin də öz ata-baba yurdlarına təhlükəsiz qayıtması üçün addımlar atır. Bu doğum günündə Cənab İlham Əliyevə və ailəsinə sağlam, gözəl ömür arzu edirəm. Neçə belə illər qeyd eləsin! Allah can Azərbaycanımıza İlham Əliyev kimi Qalib Prezidenti çox görməsin”.
Şamil Ayrım Prezident İlham Əliyevlə bağlı maraqlı xatirəsini açıqlayıb:
“Biz Şuşanın işğaldan azad olunmasından iki gün öncə Xarici İşlər nazirimizlə birlikdə İlham Əliyevlə görüşmüşdük. Ona “Şuşanı nə zaman azad edəcəyik?” sualını verəndə, “qardaşım Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda orada olacayıq” deyə İlham Əliyev cavab vermişdi. O həmin cavabı söyləyəndə öz dəmir yumruğunu bizə göstərmişdi. O çıxışdan 2 gün sonra Şuşanın işğaldan azad edildiyini açıqlamışdı. Bu xatirəni heç zaman unutmayacam”.
Manşet.az