27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İranın paytaxtı Tehran şəhərində fəaliyyət göstərən səfirliyimizə xain hücumu diplomatik korpuslarımızın təhlükəsizliyi fonunda vaxtilə qardaş türk diplomatlarına və digər ölkələrin diplomatlarına qarşı davamlı olaraq terror həyata keçirmiş ASALA və digər bu cür təşkilatların fəaliyyətinin araşdırılması öz aktuallığını qorumaqdadır. Təsadüfi deyil ki, Tehranda səfirliyimizə edilən xain basqın da məhz türk diplomatlarına qarşı həyata keçirilmiş ilk terror hadisəsinin 50 illik yubileyi günü edildi. Bu günkü yazımızda ASALA terror təşkilatının məhz İranda həyata keçirdiyi terror aktları haqqında məlumat verəcəyik.
ASALA 1975-1988-ci illərdə intensiv olaraq terror aktları həyata keçirib. Bu on üç il ərzində 205 terror gerçəkləşdirmişdir. 205 teror aktının 83-də Türkiyə hədəfə alınmışdır. 83 terrorun 14-ü Türkiyədə icra edilmişdir. Türkləri hədəf alan bu terrorun 15-i Fransa da gerçəkləşmişdir. Bu məqsədlə ASALA terrorunun ən çox gerçəkləşdiyi ölkə Fransa olmuşdur.
Erməni terrorizminin nəticəsində qətlə yetirilmiş türk diplomatlarının və ailə üzvlərinin sayı 31 nəfərdir. Türkiyədəki terror nəticəsində 24 mülki əhalinin öldürülməsi nəticəsində bu say 55 yüksləlmişdir.
ASALA-nın terror fəaliyyəti nəticəsində Türkiyə dövlətinin gördüyü tədbirlər 1973-1994 illər arasında Türkiyə səfirliklərinin olduğu ölkələrdə öz mühafizəsini təmin etmək üçün Daxili İşlər Nazirliyindən əməkdaşlar göndərərərk həmin ölkələrdə öz mühafizəslərini təmin etməyə çalışmışlar.
27 yanvar 1973-cü il tarixində ABŞ-ın Los Angeles şəhərində yerləşən Türkiyə Baş Konsulluğuna qarşı edilmiş sui-qəsd Türkiyə Xarici İşlər Nazirliyinin bu sahəyə diqqəti artırmasına və gərəkli tədbirləri görməsinə səbəb oldu. 28 yanvar 1973-cü il tarixində Türkiyənin Xarici İşlər naziri Ümit Haluk Bayülken xaricdə fəaliyyət göstərərn diplomatik korpuslara göndərdiyi telefonaqramda deyilirdi:
a. “Xaricdə faəliyyət göstərən təmsilçilərimiz daimi diqqətli və ayıq-sayıq olmağı təkrar diqqətinizə çatdırır və digər təhülkəsizlik tədbirlərinin dərhal görülməsini zəruri hesab edirik.
b. Xaricdə faəliyyət göstərən təmsilçilərimizin qorunması baxımından yerli hökümət qüvvələri ilə müntəzəm əlaqə saxlamağı təhlükəsizlik tədbirlərinin lazımı qaydada həyata keçirilməsinin mümkün olmadığı təqdirdə təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və bu barədə Xarici İşlər Nazirliyinin məlumatlandırılması zərurətini bildiririk. (Şimşir, 2015, s101-105).
TÜRKİYƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ GÜCLƏNDİRİR
24 oktaybr 1975-ci il tarixində Fransada İsmail Erez və Talip Yenerə qarşı törədilən sui-qəsdən sonra Xarici İşlər Nazirliyindən göndərilən teleqrafda bütün diplomatik korpuslara və nümayəndəliklərə onların qorunması və ailə üzvlərinin kənara çıxmaması ilə bağlı məlumat verilmişdir. Dönəmin Baş Naziri Süleyman Dəmirəl Xarici İşlər Naziri İhsan Sabri Çağlayangilə “Türkiyənin xaricində fəaliyyət göstərən təmsilçilərimizin mühafizəsi ilə bağlı hansı yeni tədbirlər görülmüşdür?” deyə sorğu verilmişdir.
Sorğuya cavab olaraq;
a) Mərkəzdən polis göndərilməkdədir.
b) Mövcud xarici əməkdaşlar tədricən Türk əməkdaşları ilə dəyişdirilməkdədir.
c) Həyəcan siqnalı təsisatı quraşdırılmaqdadır.
d) Silah göndərilməkdədir.
e) Hər növ təhlükə ehtimalına qarşı xarici diplomatik korpusdakı əməkdaşlarımızın necə hərəkət edəcəyi ilə bağlı təlimatlar verilmişdir. (Şimşir, 2015, s.167-168,181)
Təəssüf ki, Türkiyə dövlətinin xarici diplomatik korpuslarda fəaliyyət göstərən diplomatlarını qorumaq cəhdləri bir tərəfli olduğu üçün heç bir nəticə vermədi terror aktları daha da geniş vüsət almağa başladı. Hətta bir çox ölkələr terrora açıq dəstək verdilər.
FRANSA PREZİDENTLƏRİ TERRORA DƏSTƏK VERİR
Bir ölkənin prezidentinin dilində terrora açıq dəstək vermək analoqsuz hüquqi nihilizmin ən bariz nümunəsidir. 44 günlük zəfər müharibəsində Fransa Prezidenti E.Makronun hərəkətləri məhz tarixi ənənənin davamıdır. Terroru barındıran Fransa sonradan bunun acı nəticələri ilə qarşılaşdı. 1983-cü ilin iyul oktaybr aylarında İrandakı Fransa səfirliyinə erməni terrorçuları tərəfindən 6 dəfə silahlı basqın edildi. Bunun adı isə İLAHİ ƏDALƏT-dən başqa bir şey deyil.
Erməni terroruna dəstək verən Fransanın keçmiş Prezidenti Valéry Giscard d’Estaingın aqibəti də ibrətamiz oldu. Əvvəlcə 2020-ci ilin may ayında Fransız prokurorları tərəfindən eks prezidentə qarşı Alman bir jurnalist xanıma əli ilə təcavüz cəhdləri etməsi iddiaları irəli sürüldü. O, bu iddiaları rədd etdi. 2 dekabr 2020-ci il tarixində Fransanın eks Prezidenti Valery Giscard d’Estaing, Covid-19 diaqnozu ilə 94 yaşında öldü. Pandemiya səbəbindən heç bir rəsmi törən olmadan gömüldü.
Təsadüfi deyil ki, ASALA terroruna ev sahibliyi etmiş ikinci ölkə məhz İrandır. ASALA və digər erməni terror təşkilatları İranda 12 terror aktı həyata keçiriblər.
İRANDA DİPLOMATİK KORPUSLARA QARŞI TERROR AKTLARI
12 mart 1981-ci il. Bir qrup erməni terrorçusu Tehrandakı Türkiyə səfirliyinə hucum edir, nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı öldürülür. Terrorçulardan ikisi İran polisi tərəfindən həbs olunur və edam edilir.
19 iyun 1981-ci il. Tehranda “Svis Eyr” aviaşirkətinin ofisində partlayış baş verir, partlayışa görə məsuliyyəti ASALA-nın “9 iyun təşkilatı” adlı terrorçu dəstəsi öz üzərinə götürür.
15 sentyabr 1981-ci il. Partlayış nəticəsində Tehrandakı İsveçrə səfirliyinin binasına ziyan dəyir. Partlayışa görə məsuliyyəti ASALA-nın terrorçu qrupu olan “9 iyun təşkilatı” öz üzərinə götürür.
22 iyul 1983-ci il. Fransanın Tehrandakı səfirliyində və “Eyr Frans”ın ofisində partlayışlar baş verir. Partlayışlara görə məsuliyyəti “Orli təşkilatı” öz üzərinə götürür.
29 iyul 1983- ci il. Erməni terrorçuları Fransa səfirliyini raketlərlə atəşə tutacaqları barədə məlumat yayır, onların tələbi Fransada həbsdə olan 21 erməni terrorçusunun azadlığa buraxılması idi.
10 avqust 1983-ci il. Tehranda içərisində partlayıcı maddə qoyulmuş avtomobil Fransa səfirliyinin qarşısında partladılır.
17 avqust 1983-cu il İran Tehran “Eyr Fransın” Tehrandakı nümayəndəsi öz maşınında avtomatik silahla atəşə tutulur.
9 sentyabr 1983-cü il. Tehranda Fransa səfirliyinə məxsus iki avtomobil partladılır. Partlayışlar nəticəsinddə səfirliyin iki əməkdaşı yaralanır.
6 oktyabr 1983-cü il Fransa səfirliyinin avtomobili partladılır, iki nəfər fransız diplomatı yaralanır. Partlayışlara görə məsuliyyəti “Orli təşkilatı” öz üzərinə götürür.
28 mart 1983-cü il. Tehranda çalışan bir sıra türk diplomatlarına hucumlar təşkil olunur. Türkiyə səfirinin katibi Həsən Servet Ötgəm evindən çıxarkən terrorçular ona hücum edir, diplomatı yaralayırlar. İki erməni terrorçusu baş çavuş İsmayıl Pamukçuya atəş açıb onu ağır yaralayır. Səfirliyin inzibati məsələlər üzrə ataşesi, polisə onun evinin qarşısında duran iki nəfər şübhəli şəxs barədə məlumat verir. Polis erməni terrorçularını həbs edir. Suren Qriqoryan adlı erməni terrorçu türk diplomatının maşınına quraşdırmaq istədiyi partlayıcı qurğunun vaxtından əvvəl işə düşməsi nəticəsində həlak olur. Səfirliyin müşaviri İşıl Ünel zərər çəkmir.
28 aprel 1984-cü il. Tehranda İşık Öndər tərəfindən idarə olunan avtomobil motosikldə olan iki erməni terrorçu tərəfindən atəşə tutulur. Səfirlikdə çalışan həyat yoldaşı Sədiyyə Öndəri işə aparan İşık Öndər hücum nəticəsində həlak olur.
1984-cü ilin sentaybrı. İranda çalışan bir neçə türk şirkəti ASALA-dan hədələyici məktublar alır, türk tikinti şirkətlərindən birinin ofisinə qumbara atılır, bir nəfər Türkiyə vətəndaşı yaralanır.
ASALA-nın “ORLİ TƏŞKİLATI” VƏ “9 İYUN TƏŞKİLATI”
ASALA-nın “9 İYUN TƏŞKİLATI” adlı terrorçu dəstəsi dedikdə hansı qrup nəzərdə tutulur? ASALA-nın Avropanın mərkəzində türk diplomatlarına qarşı silahlı basqınlarının intensiv şəkil aldığı dönəmlərdə həyata keçrilən bir aktın tarixindən götürülüb. 9 iyun 1981-ci il tarixində ASALA tərəfindən Cenevrədə şəhid edilən Türkiyənin başkonsulluğunun əməkdaşı Mehmet Savaş Yergüzü adlı diplomatın qətlini icra edən qrup nəzərdə tutulur. Göründüyü kimi terror təşkilatları üçün sinmovllar, günlər, tarixlər təsadüfi seçilmir.