Avqustun 25-də Şəhid Yasin İsmayılovun Şəhidlər Xiyabanında anım günü ilə bağlı xatirəsi anılıb.
Ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən anım günündı şəhidlərin məzarını ziyarət edilib,ruhlarına dualar oxunub. Daha sonra şəhidin anası Səmayə xanımın yaşadığı mənzilinin qarşısındakı şəhidin xatirə bulağı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Şəhid Y. İsmayılov 1972-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. Hələ uşaqikən ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Mingəçevir şəhər 11 nömrəli məktəbin məzunu olub. 1991-ci ildə hərbi xidmətə çağrılıb. Ukraynada xidmət edib. 1992-ci ildə başlayan erməni işğalının qarşısını almaq məqsədi ilə Vətənə qayıdıb, könüllü olaraq ordu sıralarana qoşulub. O,Şəhid olanda cəmi 20 yaşı vardı.
Qeyd edək ki, Yalçın İsmayılov Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 1992-ci ilin avqustun 25-də şəhidlik zirvəsinə ucalıb. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. 77 yaşlı S. İsmayılova tək yaşayır. Deyir ki, Yalçından sonra 4 övlad itirib: “Hamısı rəhmətə gedib. Adını Yalçın qoyduğum bir nəvəm də dünyasını dəyişib. O da Yalçın adını yaşada bilmədi”.
Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:
S. İsmayılova indi yeganə təsəllini həyətinin önündəki şəhidin adına tikilən bulaqdan alır. O, hər səhər bu bulağın qarşısında dayanıb deyir ki, ay oğul, bu arzum yerinə yetməmiş dünyadan köçmək istəmirəm: “Sən həyatdan nakam getdin, heç olmasa məndən sonra sənin də adının xatırlanmasını istəyirəm”.
Esmira Hidayətova,
Mingəçevir