Şəhid və qazi ailələrinin uşaqları üçün“Göyçək Fatma” tamaşası nümayiş olunub-FOTOLAR

Mingəçevir teatrında “Göyçək Fatma” səhləşdirilib.
Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq, şəhid və qazi ailələrinin uşaqları üçün Mingəçevir Dövlət Dram Teatrının böyük zalında Xalq nağılı ” Göyçək Fatma “-nın motivləri əsasında İntiqam Soltanın ( Əməkdar artist ) ssenariləşdirdiyi və səhnə quruluşunu verdiyi eyniadlı uşaq tamaşası nümayiş olunub.
Tamaşa nümayişindən əvvəl Ulu Öndər Heydər Əliyevin fəaliyyəti haqqında auditoriyaya məlumat verilib.
Daha sonra Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Balaca fidanlar tamaşanı maraqla izləyiblər.
Qeyd edək ki,tamaşada Xalq artisti Ella Yaqubova da iştirak edib.
 
 
Esmira Hidayətova.