Şəhid anası:”Bir nəslin 9 nəfər itkinindən yalnız birinin qalıqları tapılıb”-VİDEO+FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən Zeynalovlar ailəsinin üzvü, şəhid anası:”İstərdim ki,itkinlərimizin bir məzarı olsun”.

Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də ermənilərin törətdiyi “Tunel qırğını”nda həlak olmuş Kəlbəcər rayonu Çobangərəkməz kəndinin Zeynalovlar ailəsinin 9 nəfəri barədə müsahibimiz, şəhid anası Sürayə Cəlalova belə xatırlayır.

Mingəçevirdə yaşayan (əslən Kəlbəcərli) Sürayə xanım deyir ki, həmin gün 7 yaşlı övladım Bəndəliyev Xəyal Elbrus oğlu rayonda anamgildə idi. Ermənilərin Kəlbəcər ərazisinə daxil olması xəbəri gələndə onlar da “Kamaz” markalı maşınla kənddən çıxmağa başlayıblar. Zeynalovlar nəslinin bir nümayəndəsi kimi bu günə qədər bu dəhşətli qətilamı hələ də unuda bilmirəm. 9 nəfərdən təkcə ötən il Tunel faciəsində itkin düşən əmim qızı Təranənin meyitinin qalıqları tapılaraq Bərdədə dəfn olund. Ruhu hüzura qovuşsun. İstərdim ki,digər itkinlərimizdə tapılsın, heç olmasa onları ziyarət etmək üçün bir məzarları olsun.Hələ də bu günə qədər oğlumun yolunu gözləyirəm. Hərdən kimisə şəhid oğluma oxşadıram, deyrəm bəlkə sağdır. Bir ana kimi yanıb yaxılıram.

Sürəya Zeynalova onu da sözlərinə əlavə etdi ki,bir oğlum isə köçkünlük zamanı aldığı travmalar səbəbindən bir müddət sonra  rəhmətə gedib. Hazırda  bir oğlum var. O da 44 günlük vətən müharibəsinin könüllü iştirakçılarından,qəhrəmanlarındandır. Tək təsəllim elə odur.Çox şükür Ali Baş Komandanımız İlham Əliyevin və döyüşçülərimizin sayəsində bizim qisasımız ermənilərdən alındı. Biz onunla qürur duyuruq.İnşallar itkinlərimizin də qalıqları tapılar, bizim də gözümüz yollardan yığılar”.

Şəhid anası onu da vurğulayıb ki,əmiqızı Təranənin və onun ailə üzvlərinin də olduğu “KAMAZ” markalı maşın Kəlbəcərin Çobangərəkməz kəndindən yola çıxmışdı. Yük maşınında Laçının Qarabəyli kənd sakinləri ilə birlikdə 25 mülkü şəxs və bir hərbçi olub. Onlardan 16 nəfəri itkin hesab edilir. Bir neçə ay öncə 15 nəfərinin və əmim qızı Təranənin qalıqları Xocalı’nın Malıbəyli kəndindəki adısız məzarlıqda aşkarlanıb. Tunel qırğınında ümumilikdə 26 nəfər itkin düşüb və onlardan  yalnız Təranənin taleyindən xəbər ala bilmişik.

Esmira Hidayətova,

Mingəçevir