Müvəkkil Hüquq Mərkəzi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində Quba rayonunda hüquqi – maarifləndirici tədbir keçirib.
KANAL32.az xəbər verir ki, tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihənin rəhbəri Səməd Vəkilov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həya keçirilir. Layihə rəhbəri qeyd edib ki, Dövlət tərəfindən həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşması üçün kompleks təbirlər görülür. Bəzi hallarda şəhid ailələri, müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallşadıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər. Bütün bu məsəllərdə Müvəkkil Hüquq Mərkəzi layihə benefisarlarına dəstək olmağa hazırdır.
Təşkilat sədri eyni zamanda qeyd edib ki, problemlərdən biri də şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericiliklə nəzərdə tutulan hüquqlar haqqında az məlumatlı olmasıdır. Bu məqsədlə layihə çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqları ilə bağlı 3 maarifləndirici veriliş və buklet hazırlanıb.
Quba rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova çıxışında rayon icra hakimiyyət tərəfindən görülən işlər haqqında məlumat verib.
Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan hüquqları barəsində geniş məlumat verib.
Görüşdə icra hakimiyyətinin şəhid ailələri və qazilələrlə iş şöbəsinin rəhbəri Asəf Şirinov, ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Əhməd Nurulllayev, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndəsi Tünzalə Abduləlimova iştirak edib.
Tədbir sual -cavab və Müvəkkil Hüquq Mərkəzinin hüquqşünaslarının tərəfindən hüquqi yardımın gösətrilməsi ilə davam edib.