Şəhər xəstəxanası və icra hakimiyyəti birgə aksiya keçirdi-FOTOLAR

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aksiya keçirilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Mingəçevir şəhərində ağacəkmə tədbirləri həyata keçirilir.

Bu gün şəhər İcra Hakimiyəti ilə birgə Mingəçevir Mərkəzi xəstəxanasının əməkdaşları xəstəxananın həyətində 44 ədəd şərv və eldar şam ağacları əkiblər.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılıb, Yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Esmira Hidayətova,

Mingəçevir

Şəhər xəstəxanası və icra hakimiyyəti birgə aksiya keçirdi-FOTOLAR