Həmkarlar İttifaqının Mingəçevir şəhər komitəsinə sədr seçilib-FOTOLAR

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı  Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyevin iştirakı ilə Mingəçevir şəhər Komitəsində hesabat – seçki yıgıncagı keçirilıb.

Kanal32.az xəbər verir ki, tədbirdə Həmkarların üzvlərindən Rizvan Mikayıllı, Mingəçevir şəhər icra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov, komitə üzvüləri iştirak edib.

Komitənin sədri təşkilatın son beş ildəki fəaliyyəti barədə geniş məlumat verib, qeyd edib ki, təşkilatımız, əsas missiyasına sadiq qalaraq, ittifaqın bütün üzvlərinin əmək və sosial hüquqlarını qoruyub, hər birinin etimadını qazanmağa çalışıb.

Həmkarların üzvləri təşkilatın il ərzində gördüyü işlərdən danışıblar. Komitənin fəliyyəti qənaətbəxş hesab edilib. Abbasov Səbuhi Yaşar oglu yenidən 7 il müddətinə Həmkarlar İttifaqının Mingəçevir şəhər komitəsinə sədr seçilib.

  

Esmira Hidayətova,

Mingəçevir