Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.Bu barədə məlumatı Mərkəzi Aran Regional Təhsil İdarəsi yayıb.
Kanal32.az Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi açıqlamasını təqdim edir:
Ötən günlərdə kütləvi informasiya vasitələrində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanmışdır.
Bildiririk ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən adı çəklilən məktəbdə araşdırmalar aparılıb və araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Qazıyev Azər Arif oğlu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.
Əlavə olaraq bildiririk ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalara başlanılıb.
Kanal32.az