“Rusiyanın kitabı bağlanıb…”-Artıq onu xilas etmək mükün deyil

Rusiyanın əhalisini yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır”

“Bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz. Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüzlər edirlər”.

Kanal32.az xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə yerli mətbuata açıqlamasında bildirib.

“SSRİ dövründə pis-yaxşı formalaşmış bütün sənaye müəssisələrini texnologiyaları dağıtdılar, bütün elm tutumlu, inkişaf etmiş sənaye potensialını tar-mar etdilər, əvəzində isə ciddi heç nə yaratmadılar, qurmadılar”, – o, əlavə edib.

Z.Əlizadə xatırladır: “Təsəvvüredinki, 1989-cuildə dünyaaviasiyaparkının 40 faiziniSovet İttifaqı istehsaledirdi. İndiki Rusiya isə heç bir faizini də istehsal edə bilmir. Bütün alimləri, texnoloqları pərən-pərən saldılar. Görkəmli rus ailimləri getdilər Amerikada Nobel mükafatı aldılar. Bütün bunlar Rusiyanın siyasi hakimiyyətinin mahiyyətidir. Odur ki, artıq Rusiyanın kitabı bağlanıb. Onun əhalisini də yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır”.

Rusiyanın addım-addım uçuruma yuvarlandığını deyən politoloq, Moskvanın Cənubi Qafqazdan da getdiyini vurğulayır.

“Azərbaycandan qoşunlarını çıxardı, Gürcüstandan getdi. İndi yavaş-yavaş Ermənistandan da gedir. Vəssəlam… Bir daha təkrar edirəm, artıq Rusiyanı xilas etmək mümkün deyil. Və buna çox baş qoşmaq lazım deyil. Bizim öz problemlərimiz, xüsusən, daxili problemlərimiz özümüzə bəsdir”, -deyə Zərdüşt Əlizadə fikirlərini yekunlaşdırıb.

 

“AzPolitika.info”

"Rusiyanın kitabı bağlanıb..."-Artıq onu xilas etmək mükün deyil