Zəfər Günü ərəfəsində qazimiz uğurlu əməlliyyatdan sonra vətənə yola salınıb.
KANAL32.az-a verilən məlumata görə,1994 təvəllüdlü Əsgərov Vüqar Əli oğlu İkinci Qarabağ müharibəsi əlili, Vətən uğrunda gedən döyüşlərdə ,torpaqlarımızın azadlığı uğrunda sağ gözünün görmə qabiliyyətini tamamilə itirib,sol gözünün görməsininin sürətli pisləşməsi ilə əlaqədar həkimlərə müraciət edib. Azərbaycanda müalicəsinin mümkün olmadığını bildiriblər.
Qazimiz Rusiyada “Birlik” Rostov-Don azərbaycanlıları təşkilatının sədri Ruslan Qəmbərova müraciət edib,kömək istəyib. Ruslan müəllim Ufa şəhərində Muldaşev adına göz-cərrahiyyə klinikasının rəhbəri ,proffessor Ernst Muldaşevlə əlaqə saxlayıb və qazimizin müayinə olunması üçün Rusiyaya gətirilməsini təmin edib. Qazimiz klinikada müayinə olunduqda həkim sağ gözünün bərpasının mümkün olmadığını,amma sol gözünün əməliyyatla bərpasının mümkün olduğunu bildirib. Qazi Vüqar Rusiyada sol gözü üçün iki dəfə əməliyyat keçirib. İlk əməliyyatı 2025-ci il mart ayında ,İkinci əməliyyatı isə 01.11.2025 ci il tarixində icra olundu. Hər iki əməliyyatı kilinikada həkimi Muldaşev tərəfindən uğurla həyata keçirildi. Qazimiz qeyd etdiyimiz kimi Ufa şəhərində əməliyyat olunub. Ruslan müəllim Ufada Azərbaycan diasporaları ilə əlaqə saxlayıb ,Rəna İbrahimovanın dəstəyi ilə qazimiz Ufa şəhərinə gəlib.Rəna xanım qazimizə lazım olan hər bir şəaitlə təmin edib,öz evində yerləşdirib,həkimlərə aparıb,qazimiz Rus dilini bilmədiyi üçün müalicə boyunca onun yanında olub,hətta əməliyyat olunan müddətdə xəstəxanada qalıb ona qulluq edib.
Əməliyyat üçün Rusiyada yaşayan azərbaycanlılar; -Rostov-Don azərbaycanlıları, Ruslan Qəmbərovun rəhbərliyi ilə -Ufa şəhərindən Rəna İbrahimovanın rəhbərliyi ilə Qadınlar Birliyi və soydaşlarımız -Xatirə Qəmbərovanın rəhbərliyi ilə Rusiya Azərbaycan Qadınları İctimai Birliyi nümayəndələri; -Yaroslavl Azərbaycan Qadınlar Birliyi(rəhbər Xatirə Qəmbərova), -Moskva Azərbaycan Qadlnlar Birliyi(rəhbər Leyla Fərəcova), -Krım Qadınlar Birliyi(rəhbər Qızqayıt Qədirova), -Moskvadan Ülviyyə Günduzovna,Sankt-Peterbur,Kemerova,Kazan ş.,Tatarıstan,Krosnoyarsk -Moskvadan Zaur Vəliyevin dəstəyi və təşkilatçılığı ilə -Kislavodsk şəhəri Milli-mədəni muxtariyyətin sədri Asif Musayevin , -dəstəyi və təşkilatçılığı ilə soydaşlarımız aksiyaya qatılıb,qazimizə maddi dəstək olublar.
8 Noyabr -Zəfər Günü ərəfəsində qazimiz Vüqar Vətənə yola düşdü. Professor Ernst Muldaşev qazimizin sol gözünün görmə qabiliyyətinin 90 faiz bərpa olunduğunu bildirib. Gözlərin aydın olsun,Vüqar qardaş! Bir Vətən Oğlumuzun gözünün nuruna qovuşması üçün Ruslan müəllim,Rəna xanım Xatirə xanım başda olmaqla dəstək olan hər kəsə təşəkkür edirik!