Rusiyada efir zamanı Putin hakimiyyətinə açıq üsyan edildi-VİDEO

“Sizə belə deyəcəm, bizim hakimiyyətə bu yaz xalqın böyük etimadı təqdim edildi. Ancaq bu etibar kreditinin tükənməyəcəyini düşünmək çox böyük səhv olardı. Onun əbədi, toxunulmaz olduğu hesab edilirsə… Əgər o (etimad), son iki ay yarımda xərcləndiyi kimi xərclənərsə, qorxuram ki, bizi çox böyük siyasi problemlər gözləyir”.

Kanal32.az xəbər verir ki, bunu Vladimir Solovyovun verilişində Kremlin tanınmış təbliğatçılarından biri olan politoloq Dmitri Yevstafyev deyib.

Yevstafyev birbaşa Vladimir Putinin adını çəkməsə də, artıq Rusiyanın hazırkı hakimiyətinə inam qalmadığını deyib: “Düşmən bizimlə ölüm-dirim müharibəsi aparır. O, sağ qalmaq üçün mübarizə aparır. Bizdə isə siyasi elitada və onun həndəvərində olanlar hər şeyin 2022-ci ilin 21 fevralına qaytarılmasını arzulayırlar… Çoxları hər şeyi geri qaytarmaq istəyirlər – Fransadakı qəsrlərini, Londondakı malikanələrini, Nyu-Yorkdakı “penthaus”larını, Dubaydakı villalarını… Bu da böyük problemdir. Mən çox loyal insanam. Mən öz dövlətimizə çox inanmaq istəyirəm. Lakin hətta mən, öz bioqrafiyamla, genetikamla bizim dövlətə etibar etməməyə başlayıram. Bəs görün bizim rəhbərlərin düşmədiyi Moskva, Peterburq metrolarında insanlar nə düşünür…”

Ətraflı videoda:

Qeyd edək ki, xüsusilə də Ukrayna ordusunun Kursk əməliyyatı başlayandan sonra Rusiya daxilində Putin hakimiyyətinə qarşı etirazlar çoxalmağa başlayıb. Bu vaxta qədər Ukraynaya qarşı müharibəni hər cür dəstəkləyən “Z-bloqerlər”, hərbi müxbirlər, hətta Kremlə yaxın politoloqlar belə Kremli kəskin tənqid etməyə başlayıblar.

/azpolitika.info/

Rusiyada efir zamanı Putin hakimiyyətinə açıq üsyan edildi-VİDEO